Rəssamlarımızın əsərləri “ArtAnkara” beynəlxalq sərgisində

 

   Sərgidə 26 ölkədən müəlliflərin 2000-dən artıq əsəri yer alıb  

   Martın 15-dən 18-dək Türkiyə paytaxtında keçirilən “ArtAnkara” IV Beynəlxalq Müasir İncəsənət Sərgisində Azərbaycan rəssamlarının əsərləri də nümayiş olunub.

   Builki sərgidə 26 ölkədən 550 sənət adamının 2000-dən artıq əsərinin yer alması tədbirin nüfuzu və miqyası haqqında təsəvvür yaratmaq üçün kifayətdir. Sərgidə rəsm, fotoqraf, heykəl, keramika daxil olmaqla müasir incəsənətin bir çox janrları əhatə olunub.

   ArtAnkaraolduqca maraqlı əsərlərin nümayiş məkanı olmaqla yanaşı, beynəlxalq səviyyədə tanınan sənət adamlarını, eləcə də gənc istedadları bir araya gətirən, sənət haqqında fikir mübadiləsinin aparıldığı mühüm platformaya çevrilib. Azərbaycanlı rəssamların işləri sərgidə “Araz” qalereyasının təşkilatçılığı ilə nümayiş olunub.

   Ziyarətçilər Əbülfəs Fərəcoğlu, Xaqan Bayramov, Orxan Hüseyn və digər fırça ustalarımızın əsərlərinə böyük maraq göstəriblər.

 

Mədəniyyət.- 2018.- 20 mart.- S.16.