Yaz bayramım, saz bayramım

 

 

   Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanasının Uşaq şöbəsi “Yaz bayramım, saz bayramım” adlı ədəbi-bədii gecə keçirib. Tədbirdə 1 saylı musiqi məktəbi şagirdlərinin müşayiəti ilə Novruz xonçaları, səmənilər və kitab sərgisi ilə bəzədilmiş səhnədə milli geyimli qızlar və oğlanlar, Kosa, Keçəl Novruza həsr olunmuş şeirlər söyləyib, şən mahnılar ifa ediblər. Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış şəhərcikdə kitabxana filialı Novruz bayramına həsr olunmuş şənlik təşkil edib.

   MKS-nin digər kitabxana filialları da ədəbi-bədii kompozisiya təşkil ediblər.

 

Mədəniyyət.- 2018.- 20 mart.- S.11.