Qubadakı “Hündür günbəzli hamam” ABŞ-ın maliyyə dəstəyi ilə bərpa olunub

 

   Robert Sekuta: “Ölkələr və xalqlar arasında ən gözəl bağlardan biri məhz mədəniyyət vasitəsilə qurulur

  

   Quba şəhərində yerləşən XIX əsrə aidHündür günbəzli hamam”ın bərpası başa çatıb. Abidədə təmir-bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. 

   Martın 26-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta tarixi abidənin bərpadan sonra açılış mərasimində iştirak ediblər.

   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda bütün tarixi abidələrin dövlət tərəfindən qorunduğunu, bu tikililərin milli sərvətimiz olduğunu qeyd edib. Nazir bildirib ki, xalqımızın memarlıq istedadından xəbər verən abidələr turizmin inkişafında da mühüm əhəmiyyətə malikdir.

   Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəni abidələrlə bağlı acınacaqlı vəziyyətdən bəhs edən Əbülfəs Qarayev bunun ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb: “Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarındakı mədəni və tarixi abidələri dağıdırlar. Onların arasında dünya əhəmiyyətli mədəni miras nümunələri də var. Bu barədə müvafiq beynəlxalq təşkilatlar da məlumatlandırılıb. Faktaraşdırıcı missiyaların gəlməsini arzulayırıq. Bununla bağlı dəfələrlə müraciət etmişik. Amma bu missiyaların həyata keçirilməsinə işğalçı Ermənistan tərəfindən əngəllər törədilir”.

   Nazir vurğulayıb ki, Azərbaycan həmişə multikultural ənənələri ilə seçilib. Qubada yerləşən “Hündür günbəzli hamam”ın bərpasına xarici ölkə nümayəndəliklərinin cəlb olunması onların bu rayonda mövcud mühitə hörmət əlaməti kimi qəbul edilməlidir.

   Qeyd olunub ki, Azərbaycanda tarixi abidələrin qorunması və bərpası ilə bağlı dövlət proqramı həyata keçirilir, nazirlikmüvafiq xidmət tərəfindən bu istiqamətdə işlər görülür. Artıq bir neçə layihə uğurla başa çatdırılıb. Hazırda bizim əsas işimiz tarixi binaların mühafizə zonalarının müəyyənləşdirməsi ilə bağlıdır. Tarixi binalar ayrılıqda deyil, şəhərlərin, kəndlərin daxilinə inteqrə olunub, onların mühafizəsi də tək binanın özü ilə bağlı yox, kompleks şəkildə olmalıdır.

   Hündür günbəzli hamamda aparılan bərpa işlərindən danışan ABŞ səfiri Robert Sekuta layihənin xalqlarımız arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib: “Ölkələr və xalqlar arasında ən gözəl bağlardan biri məhz mədəniyyət vasitəsilə qurulur. Tarix hamımızı bir araya gətirir. Dünyada elə pisniyyət qüvvələr var ki, onlar xalqları bir-birindən ayrı salmağa çalışırlar. Azərbaycanda tarixən mövcud olan tolerantlıq və müxtəlif xalqların birgə yaşaması dünyada bir sıra ölkələr üçün nümunədir. Bu layihə sadəcə ABŞ-ın dəstək verməsi deyil, həm də Amerika sakinlərinin Azərbaycanı daha yaxından öyrənməsi baxımından mühüm rol oynayır”.

   Səfir deyib ki, layihəyə 2014-cü ilin mart ayından başlanılıb. Bu tarixi tikilinin bərpası ölkələrimiz arasında dostluğun növbəti simvolu olacaq. Diplomatın sözlərinə görə, ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondu 2001-ci ildən etibarən dünyanın yüzdən çox ölkəsində müxtəlif qədim tarixi binaların, nadir əlyazma muzey kolleksiyalarının, məhv olmaq təhlükəsi ilə üzləşən arxeoloji ərazilərin, eləcə müxtəlif mədəni irs nümunələrinin qorunmasına dəstək verib.

   Qeyd edək ki, “Hündür günbəzli hamamAzərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix mədəniyyət abidələri siyahısına daxil edilib. Həyata keçirilən təmir-bərpa işləri çərçivəsində iki günbəz 9 hücrədən ibarət olan qədim tikilinin fasadı tamamilə yenilənib, dam örtüyü dəyişdirilib. Tarixi abidənin bərpası zamanı onun xarici görünüşündə dəyişiklik edilməyib. Bişmiş qırmızı kərpicdən tikilən hamam binasının bərpası zamanı o dövrün memarlıq ənənələrindən istifadə edilib. Bərpa zamanı sementi gil əhəng kimi tikinti materialları əvəzləyib. Bununla yanaşı, təmir prosesində hamamın divarlarındakı müxtəlif naxış ornamentlər qorunub saxlanılıb.

   Abidə bərpadan sonra muzey kimi fəaliyyət göstərəcək. Qədim hamam binasında müxtəlif sənətkarlıq nümunələrinin sərgisi təşkil ediləcək.

   Hündür günbəzli hamam” Şərq memarlığı üslubunda tikilib. Böyükkiçik olmaqla, iki tağdan ibarətdir. Geniş salonu olan hamamın istilik sistemi odunla işləyib. Ötən əsrin 80-ci illərinə kimi fəaliyyət göstərən hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.

 

Mədəniyyət.- 2018.- 28 mart.- S.3.