VaşinqtondaLeyli və Məcnun” konsert-tamaşası nümayiş etdirilib

 

   Martın 22-də Vaşinqton şəhərində Üzeyir Hacıbəylinin dünya şöhrətli “Leyli və Məcnun” operasının konsert-tamaşasının premyerası olub. Yeni versiyada təqdim olunan əsər ABŞ-ın məşhur Kennedi Mərkəzinin “Opera Evi” zalında nümayiş etdirilib.

   Operadakı ifaları iştirakçılara Azərbaycanın Xalq artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar artist Fərqanə Qasımova çatdırıb. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin rəqs qrupu tərəfindən reallaşdırılıb. İfalarda məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.

   Kennedi Mərkəzinin mətbuat açıqlamasında deyilir ki, bu operanı 1908-ci ildə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli Yaxın Şərqdə və digər mədəniyyətlər arasında məşhur olan, Nizami Gəncəvi və Məhəmməd Füzulinin qələmə aldıqları faciəvi sevgi hekayəti əsasında yazıb. Qərbdə daha çox tanınan “RomeoCülyetta” hekayəsinə bənzər, lakin ondan əvvəl yazılan “Leyli və Məcnun” əsəri çoxsaylı incəsənət formatlarında nümayiş etdirilib. Bu layihənin ən önəmli simalarından biri, görkəmli muğam ustası Alim Qasımovdur. On iki il əvvəl o, “Leyli və Məcnun”un yeni versiyasının yaradılması barədə öz fikrini məşhur violonçel ifaçısı Yo-Yo Ma ilə bölüşüb, məhz o vaxtdan da Azərbaycan musiqisinin incisi olanLeyli və Məcnun” ABŞ-ın ən nüfuzlu musiqiçilərinin diqqət mərkəzindədir.

   Mark Morris müasir xoreoqrafiya dünyasında ən tanınmış sənətkarlardandır. 2016-cı ildə nüfuzluNyu-York Tayms” qəzeti onu “hazırda fəaliyyət göstərən ən uğurlu və ən çox təsir göstərən xoreoqraf” adlandırıb. Mark MorrisinLeyli Məcnunoperasına marağı 2007-ci ilə təsadüf edir. O zaman Yo-Yo Manın rəhbərlik etdiyiİpək Yoluansamblı Alim Fərqanə Qasımovlarla birgə ilk dəfə olaraq bu operanın yeni, yığcam versiyasını ABŞ-da, Kanadada, Avropanın Asiyanın bir neçə ölkəsində ifa etmişdi. Nəhayət, 2016-cı ildə bu layihə reallaşdı. Həmin ilin mart ayında Mark Morris Bakıya səfər edib, Alim Qasımovla digər musiqiçilərlə görüşüb, Azərbaycan musiqisi mədəniyyəti ilə tanış olub. Həmin səfərdən sonraLeyli Məcnunlayihəsi öz əsas, həlledici mərhələsinə qədəm qoyub. Son iki il ərzində konsertlər ABŞ-ın bir çox şəhərlərində, o cümlədən Berklidə, Sietlda, Ənn Arborda, Çikaqo Nyu-Yorkda Amerika auditoriyasını heyran qoyub. Hər tamaşanın əvvəlində gənc muğam ifaçıları, muğam müsabiqəsinin laureatları Kamilə Nəbiyeva Mirələm Mirələmov öz məharətli ifaları ilə tamaşaçıları sanki muğamın sirli-sehrli dünyasına dəvət ediblər. Alim Qasımovun ansamblının üzvləri Əməkdar Artist Rauf İslamovun (kamança) Zəki Vəliyevin (tar) məharətli professional ifalarını da xüsusilə qeyd etmək lazımdır.

   Leyli Məcnunlayihəsinin təməlini qoyanlardan biri 2017-ci ildə dünyasını dəyişən britaniyalı rəssam Hovard Hockindir. O, qədim Şərq miniatürlərinin dərin araşdırılması əsasında səhnənin tərtibatını, rəqqasların musiqiçilərin geyiminin dizaynını hazırlamışdı.

   Leyli Məcnunlayihəsində, həmçinin tanınmış Azərbaycan musiqişünası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, hazırda İndiana Universitetində müəllim kimi fəaliyyət göstərən Aida Hüseynova da iştirak edib. O, layihənin elmi məsləhətçisi kimi tamaşalardan əvvəlLeyli Məcnunəsərinə həsr olunmuş simpoziumlarda məruzələrlə çıxış edib.

   Leyli Məcnunoperasının Mark Morris tərəfindən hazırlanan yeni versiyası Azərbaycan musiqisi, mədəniyyəti üçün önəmli tarixi bir hadisədir. Məhəmməd Füzulinin şeir dünyası, Üzeyir Hacıbəylinin musiqisi, Alim Qasımovun sənəti, ulu muğamımız, bir sözlə, Azərbaycan mədəniyyətinin bütün bu inciləri ABŞ-ın ən nüfuzlu konsert salonlarında musiqisevərlərə çatdırılıb. Vaşinqtonun Kennedi MərkəzindəLeyli Məcnunoperası martın 23 24-də nümayiş etdirilib.

  

   Mədəniyyət.- 2018.- 28 mart.- S.4.