Nazir ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

 

   İki ölkə arasında mədəniyyət və turizm sahəsində əlaqələrə dair fikir mübadiləsi aparılıb

  

   Xəbər verildiyi kimi, mədəniyyət və turizm naziri Əbülfəs QarayevAmerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta martın 26-da Quba şəhərində yerləşən XIX əsrə aidHündür günbəzli hamam”ın bərpadan sonra açılışında iştirak ediblər. Bərpa layihəsi ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə reallaşıb.

   Quba Rayon İcra Hakimiyyətində nazir Əbülfəs Qarayev və səfir Robert Sekuta arasında görüş keçirilib. İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin iştirakı ilə keçirilən görüşdə Azərbaycan ilə ABŞ arasında mədəni əlaqələrdən söhbət açılıb, mədəniyyətin bir çox sahələrində münasibətlərin inkişaf etdiyi vurğulanıb.

   Nazir bildirib ki, Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilir, müxtəlif dinlərə, fərqli dillərə və mədəni irsə malik xalqlar bir arada sülh şəraitində yaşayır. Qeyd olunub ki, Quba rayonunda da müxtəlif xalqların nümayəndələri uzun illərdir birlik-bərabərlik şəklində yaşayırlar.

   Nazir Qubanın turizm imkanlarından söhbət açıb, Xızı-Xaçmaz, QubaQusar turizm rekreasiya zonalarının yaradılması istiqamətində işlərin davam etdirilməsinin regionda turizmin inkişafına müsbət təsir göstərəcəyini deyib.

   Səfir Quba və ətraf rayonların turizm imkanları ilə tanış olduğunuregionda gedən sürətli inkişafın göz önündə olduğunu qeyd edib.

   Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində əlaqələrin mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2018.- 28 mart.- S.5.