“Məhəbbət əfsanəsi” yenidən Başqırdıstan səhnəsində

 

   Aprelin 1-də Rusiya Federasiyası Başqırdıstan Dövlət OperaBalet Teatrında görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək.

   Tamaşanın quruluşçu dirijoru Başqırdıstanın Əməkdar incəsənət xadimi German Kimdir. “Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad OperaBalet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrı) olub. Əsər Başqırdıstan OperaBalet Teatrında ilk dəfə 2016-cı il oktyabrın 29-da nümayiş etdirilib.

 

Mədəniyyət.- 2018.- 28 mart.- S.11.