Azərbaycan multikulturalizminə həsr olunmuş beynəlxalq konfrans

 

 

   Martın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı: 1905-2018” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Tədbir BBMM tərəfindən “Terror multikulturalizmə qarşılayihəsi çərçivəsində Azərbaycan Dillər Universiteti ilə birgə keçirilir.

   Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov konfransı açaraq erməni terrorizmi onun ağır fəsadlarından danışıb.

   Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov erməni terrorizminin təkcə azərbaycanlılar üçün deyil, digər qonşu xalqlar üçün tarixən ciddi problemlər yaratdığını deyib.

   Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı erməni vəhşiliklərini tarixi faktlarla diqqətə çatdırıb.

   Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupun rəhbəri İsmayıl Axundov təmsil etdiyi qurumun erməni terrorizminin araşdırılması ilə bağlı gördüyü işlərdən danışıb.

   Konfrans panel müzakirələrlə davam edib.

 

Mədəniyyət.- 2018.- 28 mart.- S.15.