İstanbulda Xalq yazıçısı Anarın yubileyi qeyd olunub

 

 

   İstanbulda Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı, görkəmli ədib, ictimai xadim Anarın 80 illik yubileyi qeyd olunub.

   Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY, AYB, Türk Ədəbiyyatı Vəqfi, İstanbul Yeni Yüzil UniversitetiÜsküdar Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə rəsmi şəxslər, diplomatlar, elm və sənət adamları, ədəbiyyatçılar iştirak ediblər.

   Türk Ədəbiyyatı Vəqfində keçirilən birinci paneldə Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, yazıçı İmdat Avşar, Günel Anarqızı, Anar yaradıcılığının tədqiqatçıları Pərvin Nurəliyeva və Bəxtiyar Aslanın çıxışları dinlənilib.

   Türk Ədəbiyyatı Vəqfinin yeni təsis etdiyiYaşayan Dədə Qorqud” mükafatının ilk laureatı olan yubilyar yazıçı çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

   Yubiley mərasimi daha sonra İstanbul Yeni Yüzil Universitetində davam etdirilib.

 

Mədəniyyət.- 2018.- 30 mart.- S.3.