1918-ci il soyqırımı qurbanları silsilə tədbirlərlə anılıb

 

 

   Bakı Xoreoqrafiya Akademiyasında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

   Silsilə tədbirlər “İki əsrin faciəsi: 31 Mart soyqırımı” mövzusunda elmi konfrans ilə başlayıb.

   Tədbiri giriş sözü ilə açan rektor, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə danışıb. Bildirib ki, 1918-ci ilin mart-aprel aylarında daşnak erməni silahlı dəstələri Bakıda, Şamaxıda, Qubada, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirib, evlərini talan edib, 10 minlərlə insanı yurd-yuvasından didərgin salıblar. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci il soyqırımına siyasi qiymət verilib. Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncamı isə ermənilər tərəfindən tarixi faktları saxtalaşdırmaların qarşısının alınmasına yönəlmiş çox önəmli addımdır.

   Konfransda Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Vəfa Əliyev, İctimai fənlər kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Maral Manafova, Sənətşünaslıq kafedrasının müdiri, dosent Şəhla Əliyeva 1918-ci il soyqırımından bəhs edən məruzələrlə çıxış ediblər.

   31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar BXA-da həmçinin dəyirmi masa keçirilib, bəstəkar Eldar Dadaşovun 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr etdiyiElegiya”, Xalq artisti Yusif Qasımovun quruluşundaYaddaşxoreoqrafik kompozisiyası və “Yaddaşın rəmzi: Quba -1918” sənədli filmi nümayiş olunub.

 

Mədəniyyət.- 2018.- 30 mart.- S.4.