Rus teatr rəssamlarının Azərbaycan səhnə sənətində rolu

 

   Teatr Muzeyində mühazirə keçirilib

  

   Azərbaycanda istər dramatik, istərsə də musiqili peşəkar teatr məktəbinin yaranmaformalaşma prosesi rus teatr məktəbinin təsiri altında baş verib. Bu səbəbdən də bizim teatr rejissorluğu və səhnəqrafiya sənətlərimizin yarandığı ilk dövrlərdə rus əsilli sənət adamları Azərbaycanda çox çalışıblar. Onların əksəriyyəti hətta bütün ömrünü Azərbaycan teatr sənətinin inkişafına həsr edib.

   Martın 28-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 27 mart - Dünya teatr günü münasibətilə “Rus mənşəli teatr rəssamlarının Azərbaycan səhnəqrafiyasının inkifaşında rolumövzusunda mühazirə saatı keçirildi.

   Muzeyin əməkdaşları Mətanət Dadaşova və Ləman Şərifova uzun illər Azərbaycan teatrlarında çalışmış, bir çox səhnə əsərinin ilk quruluşunda iştirak etmiş teatr rəssamları F.Qusak, N.Ovçinnikov, Y.ToropovS.Yefimenkonun həyat və yaradıcılıqları barədə geniş məruzə etdilər. Mühazirələr adları çəkilən rəssamların muzeyin saxlancında qorunan dekorasiyageyim eskizlərini sərgiləyən video-çarx ilə müşayiət edildi.

   Qeyd edək ki, mühazirə saatı Teatr Muzeyi ilə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nəzdində fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.

  

   G.Mirməmməd

 

Mədənityyət.- 2018.- 30 mart.- S.5.