Polşa jurnalında paytaxtımızdakı turizm filmləri festivalı haqqında məlumat

 

 

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) 2018-ci ildə artıq 5-ci dəfə təşkil olunacaq. Bakı Beynəlxalq Turizm Filmləri Festivalı mənzil-qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Polşanın “FilmAT” beynəlxalq festivalının direktoru və eyniadlı film, sənət və turizm jurnalının baş redaktoru Eva Kotus CİFFT-nin üzvüdür. Jurnal bu il CİFFT-nin fəaliyyətinə quruma daxil olan festivallara həsr edilib.

   Jurnalda 2017-ci il 15-18 noyabrda keçirilmiş IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı barədə geniş məlumat verilib. Hər il Bakı festivalının qonağı olan Eva Kotus paytaxtımızda qaldığı mehmanxanaların rahatlığı, xidmət səviyyəsi ləziz səhər yeməyi ilə bağlı xoş təəssüratlarını paylaşmaqla yanaşı, gəzib gördüyü şəhərin qədim küçələrindən, ecazkar, müasir hündür binalarından, möhtəşəm görünüşə malik maraqlı mədəniyyət ocaqları muzeylərindən bəhs edir. O, eyni zamanda Nizami Kino Mərkəzində Mədəniyyət Turizm Nazirliyi Bakı Turizm Peşə Məktəbinin birgə təşkilatçılığı ilə festivalın qonaqları üçün təşkil edilmiş Azərbaycan çay süfrəsi ilə bağlı unudulmaz təəssüratlarını bölüşüb.

   Bundan başqa, jurnalda CİFFT festivalları arasında ilk dəfə Azərbaycan Polşa tərəflərinin təşəbbüsü ilə 12-ci PolşaFilmATfestivalının təşkilat komitəsi tərəfindən müxtəlif xalqların nümayəndələrindən ibarət tələbə münsiflər heyətinin yaradılması heyətin tərkibinə Polşa Azərbaycandan tələbələrin daxil edilməsi barədə məlumat da verilib. Qeyd olunub ki, Bakı Turizm Peşə MəktəbiFilmATfestivalında fəal iştirakına görə diplomla təltif edilib.

   Ətraflı məlumatı veb-səhifəsindən əldə etmək olar.

 

Mədənityyət.- 2018.- 30 mart.- S.8.