Ulu öndər gənc istedadların himayədarı idi

 

   Görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən tədbir

  

   Mayın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq incəsənət məktəbi Suraxanı rayon Heydər Əliyev Mərkəzi ilə birgə ümummilli liderin anadan olmasının 95 illiyinə həsr edilmiş “Mən azərbaycanlıyam” adlı tədbir keçirib.

   Çıxışlar zamanı bildirilib ki, ölkəmizdə gənclərlə sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi siyasətçinin gənclərlə çoxsaylı görüşü, onlara etdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində Azərbaycan mədəniyyətinə, incəsənətinə çox böyük diqqət və qayğı göstərib. “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında” imzalanan fərmanlar gənc istedadlar üçün geniş imkanlar yaradıb.

   Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın mədəniyyətə, mənəvi irsə göstərdiyi qayğı nəticəsində gənc istedadların sorağı dünyanın ən məşhur mədəniyyət ocaqlarından gəlir.

   Sonra konsert proqramı təqdim olunub. Məktəbin xor kollektivinin ifasında Heydər Əliyevə ithaf olunmuş "Ey Vətən" "Mən azərbaycanlıyam" əsərləri, skripkaçılar qrupunun ifasında L.Minkusun "Don Kixot" baletindən Mersedesin rəqsi, xalq çalğı alətləri ansamblının ifasında V.Adıgözəlovun "Bayram süitası" maraqla qarşılanıb. Şagirdlərin ifasında səslənən Q.Qarayev, A.Məlikov, H.Vəkilov, List, Şopen Debüssinin əsərləri gecəyə xüsusi rəng qatıb. Ulu öndərin mədəniyyət incəsənət xadimləri, habelə uşaq yeniyetmələrlə görüşlərini əks etdirən videogörüntülər nümayiş olunub.

   Tədbirin sonunda baş idarənin rəisi Vuqar Zeynalov məktəbin müəllim şagird kollektivinə təbriklərini çatdırıb. Şagirdlərə fəxri fərmanlar təqdim edilib.

   Konsert proqramını Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev, YAP rayon təşkilatının sədri Vüqar Seyidov, musiqi məktəblərinin direktorları, Suraxanı rayon ümumtəhsil məktəblərinin kollektivləri izləyiblər.

  

   Lalə

 

Mədəniyyət.- 2018.- 2 may.- S.4.