Bakı Musiqi Akademiyasında elmi-praktik konfrans

 

   Mayın 1-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

   BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək ümummilli liderin keçdiyi həyat yolundan danışıb, mədəniyyətə diqqət qayğısından, o cümlədən Azərbaycan musiqiçilərinə verdiyi dəyərdən bəhs edib. Qeyd olunub ki, Heydər Əliyevin Azərbaycan naminə gördüyü misilsiz işlər onu tarixdə yaddaşlarda əbədiyaşar edib.

   F.Bədəlbəyli dünya şöhrətli siyasi xadimin idarəetmə bacarığı, prinsipial mövqeyi, dərin zəkası peşəkarlığı ilə ölkəmizin ictimai-siyasi, iqtisadi mədəni həyatında qazanılmış uğurlardan söz açıb. O, müdrik şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illəri Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış mərhələ kimi qiymətləndirib.

   Sonra filologiya elmləri doktoru, professor Tərlan QuliyevinHeydər Əliyev müstəqil Azərbaycanın memarı kimi”, BMA-nın böyük elmi işçisi, dosent Ariz AbduləliyevinAzərbaycan musiqi incəsənətinin inkişafında Heydər Əliyevin tarixi xidmətləri”, Xalq artisti Xuraman QasımovanınMənim Heydər Əliyev onun ailəsi ilə bağlı xatirələrimmövzusunda məruzələri dinlənilib.

   Tədbir çərçivəsində Heydər Əliyevin həyat siyasi fəaliyyəti haqqında, həmçinin onun mədəniyyət incəsənət xadimləri ilə görüşünü əks etdirən sənədli filmlər izlənilib.

   Sonda akademiyanın tələbələrinin hazırladığı konsert proqramı təqdim edilib.

 

Mədəniyyət.- 2018.- 2 may.- S.4.