Cümhuriyyətin 100 illiyi Qazaxıstanda qeyd edilib

 

   Qazaxıstanın paytaxtı Astanada Heydər Əliyev Fondunun dəstəyi, layihə rəhbəri Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzinin ərsəyə gətirdiyiƏbədi ezamiyyətsənədli filminin nümayişi olub. Təqdimat ölkəmizin Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində gerçəkləşib.

   Səfir Rəşad Məmmədov film haqda məlumat verərək bildirib ki, Azərbaycan xalqı müstəqilliyə çatmaq, bugünkü uğurlara nail olmaq üçün mürəkkəb bir tarixi yol keçib, bu yolda qurbanlar verib, uzun illər gərgin mübarizə aparmalı olub. Diplomat xatırladıb ki, “Əbədi ezamiyyətfilmi 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Ekran əsərinin yaradıcı heyəti Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə çəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə söhbətləri lentə alıb.

   Sonra film nümayiş olunub izləyicilər tərəfindən maraqla qarşılanıb.

   * * *

   Qazaxıstanın Aktau şəhərində Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya Mühəndislik Universitetində Azərbaycan mədəniyyət günləri keçirilib. Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb.

   Azərbaycanın Aktaudakı baş konsulu Elxan Zeynalov Cümhuriyyətin yaranma tarixi, həmin dövrlərdə xalqımıza qarşı törədilən qanlı cinayətlər barədə məlumat verib.

   Daha sonra Xalq Cümhuriyyəti qurucularının xatirəsinə ithaf olunan “Əbədi ezamiyyət” filmi nümayiş etdirilib.

   Mədəniyyət günləri çərçivəsində universitetdə Azərbaycan kinosu günləri də keçirilib. Universitetin kino zalında “Babək”, “Nəsimi”, “Nizami”, “Dədə Qorqud”, “O olmasın, bu olsun” bədii filmləri nümayiş etdirilib.

 

Mədəniyyət.- 2018.- 2 may.- S.5.