Kitab kafesi” - mütaliənin rahat məkanı

 

   Mədəniyyət NazirliyininŞəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin fəaliyyətinin təkmilləşdirilməsinə, işlərinin optimallaşdırılmasına dair 2016-2018-ci illər üzrə Tədbirlər Planı”na uyğun olaraq, Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən gənclərin kitabxanalara cəlb edilməsi, mütaliəyə marağın artırılması məqsədiləKitab kafesi” (“Book cafe”) təşkil edilir.

   Belə məkanlardan biriregional idarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan MKS-də yaradılıb. Layihə barədə məlumat verən MKS-nin direktoru Havva Mirzəyeva “Kitab kafesinin yetişməkdə olan gənc nəslin, o cümlədən gənclərin kitabxanaya cəlb olunmasına, onların zərərli vərdişlərdən uzaqlaşdırılmasına xidmət edəcəyini deyib.

 

Mədəniyyət.- 2018.- 2 may.- S.7.