“Aşıq Şəmşirin ədəbi dünyası”

 

   Ağstafa rayon MKS-nin Mərkəzi kitabxanasının təşəbbüsü ilə Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

   Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin işçisi, şair Saqif Qaratorpaq, Əməkdar İncəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Aşıq Şəmşirin yaradıcılığından bəhs ediblər.

   Sonra qocaman və gənc aşıqların ifasında saz havaları səslənib.

   * * *

   Zaqatala rayon Mərkəzi kitabxanasında “Aşıq Şəmşirin ədəbi dünyası” adlı təntənəli ədəbi-bədii gecə keçirilib. Gecədə ustadın Azərbaycan aşıq sənətinə, poeziyasına, mədəniyyətinə verdiyi töhfələrdən söz açılıb. Araşdırmaçı alim Həşim İsmayılov Zaqatala aşıq mühiti haqqında danışıb. Saz ustaları isə öz növbələrində Dədə Şəmşirin yaradıcılığından nümunələr ifa ediblər.

 

Mədəniyyət.- 2018.- 2 may.- S.7.