İstanbuldaAzərbaycana musiqi estafetidavam edir

 

   MuğamsevərlərQarabağ şikəstəsi”ni alqışlarla qarşılayıblar

  

   Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Türkiyə nümayəndəliyinin təşkilatçılığı ilə İstanbuldaAzərbaycana musiqi estafetişüarı ilə konsert proqramları keçirilir.

   Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunan tədbirlər çərçivəsində aprelin 28-də İstanbulun “Grand Perateatr salonunda muğam gecəsi təşkil olunub.

   Konsert proqramında Əməkdar artist Səbuhi İbayev gənc xanəndə Nigar Şabanova məlahətli ifaları ilə musiqisevərlərin zövqünü oxşayıblar. Xanəndələri əməkdar artistlər Sahib Paşazadə (tar), Çinarə Heydərova (qanun), Toğrul Əsədullayev (kamança) başqaları müşayiət ediblər.

   Nazirliyin Türkiyə nümayəndəliyinin rəhbəri Nurlana Çakmak, tarzən Sahib Paşazadə digər çıxış edənlər Azərbaycanda qədim muğam musiqisinin inkişafına göstərilən diqqət qayğıdan, dərin bitkin təfəkkür, bədii həyəcan ifadə edən muğamın özünəməxsusluğundan danışıblar.

   Proqramda Səbuhi İbayevin Nigar Şabanovanın birgə ifa etdikləriQarabağ şikəstəsimusiqisevərlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.

   Tədbir çərçivəsində Azərbaycan tarixini, mədəniyyətini, müasir inkişafını füsunkar təbiətini əks etdirən fotosərgi açılıb.

   Xatırladaq ki, bu silsilədən ilk konsertdə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solistləri - Xalq artisti Samir Cəfərov Əməkdar artist Afaq Abbasovanın ifasında klassik musiqilər səslənmişdi.

   Azərbaycana musiqi estafetidevizi altında daha bir konsert mayın 2-də keçiriləcək. Bu dəfə proqram caz musiqisindən ibarətdir. “Grand Pera”dakı etno-caz gecəsində Elçin Şirinovun kvarteti, Xalq artisti Ənvər Sadıqov, Arslan Növrəsli öz musiqi qrupları ilə çıxış edəcəklər.

 

 

 Mədəniyyət.- 2018.- 2 may.- S.8.