Mexikoda Azərbaycan mədəniyyəti və mətbəxinin
təqdimatı
Meksikanın paytaxtı Mexiko şəhərinin mərkəzi Zokalo meydanında ənənəvi Dost mədəniyyətləri festivalı keçirilir. Festivalın təntənəli açılış mərasimində Azərbaycanı Meksikadakı müvəqqəti işlər vəkili Məmməd Talıbov təmsil edib.
2009-cu ildən ənənəvi olaraq həmrəylik və müxtəliflik şüarı altında Mexiko şəhəri hökumətinin təşkilatçılığı ilə keçirilən festivalın məqsədi müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə Meksika əhalisinin tanış edilməsidir. Bu il 90-dək ölkənin qatıldığı, iki həftə davam edəcək bu tədbirdə ölkəmiz də həm mədəniyyət, həm də milli mətbəxlərə aid bölmədə təmsil olunur.
Festivalın
qonaqlarına Azərbaycanın tarixi,
xüsusilə müsəlman Şərqinin ilk
demokratiyası olan Azərbaycan Xalq Cümhuriyyəti, həmçinin ölkəmizin
mədəniyyəti və milli mətbəxi
ilə bağlı məlumat verilir. Azərbaycan
guşəsində video və çap materialları nümayiş
etdirilir, iştirakçılara kitabça və broşürlər
paylanılır, milli mətbəximizin ləziz
təamları təqdim olunur.
Mədəniyyət.- 2018.- 2 may.-
S.16.