"Sürət və cürət"

 

   Etüd müsabiqəsinin açılış mərasimi keçirilib

  

   Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində "Sürət və cürət" adlı etüd müsabiqəsinin açılış konserti olub. Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" adlı birgə layihəsi çərçivəsində təşkil olunan müsabiqə ADMİU-nun tələbələri arasında (fortepiano, simli və nəfəsli alətlər ixtisasları üzrə) keçirilir.

   Müsabiqənin açılışında universitetin müəllimləri Leyla Aslanova, Sevda Axundova, Səfər Əliyev, Səbinə Mehdiyeva, İlahə Sadıqzadə və başqaları çıxış ediblər. Proqramda Ü.Hacıbəylinin, R.Şumanın, F.Şopenin, K.DebüssiT.Quliyevin əsərləri səslənib. Mayın 15-də Beynəlxalq Muğam Mərkəzində etüd müsabiqəsinin bağlanışı və qala-konsert keçiriləcək.

 

   Lalə Azəri

Mədəniyyət.- 2018.- 4 may.- S.6.