Tar ifaçılığı sənətimizin daha bir uğuru

 

   Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Uşaq musiqi məktəbinin tar ixtisası üzrə X sinif şagirdi Fərid Məmmədov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən II “İstedod - xalqaro tanlovi” Beynəlxalq müsabiqəsində iştirak edib.

   14 ölkədən ifaçıların qatıldığı müsabiqədə təmsilçimiz Azərbaycan xalq rəqsi “Turacı”, V.Adıgözəlovun “Qərənfil” və A.Rzayevin “Qaytağı”, həmçinin “Çoban bayatı” muğamını, T.Bakıxanovun tar ilə simfonik orkestr üçün 1 saylı konsertinin I hissəsini və özbək xalq musiqisiPoema” əsərlərini məharətlə ifa edərək laureat adını qazanıb. F.Məmmədov Əməkdar müəllim Ramiz Əzizovun yetirməsidir.

Mədəniyyət.- 2018.- 4 may.- S.6.