Tanınmış aktyorun xatirəsi anılacaq

    

 

   Mayın 4-də Dövlət Film Fondunda unudulmaz kino aktyoru Bahadur Əliyevin 85 illiyinə həsr edilən tədbir keçiriləcək.

   Mədəniyyət Nazirliyinin və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə aktyorun həyat və fəaliyyətindən söz açılacaq, yaradıcılığından bəhs edən fotosərgi nümayiş etdiriləcək.

   Bahadur Əliyev “Telefonçu qız”, “Əmək və qızılgül”, “Romeo mənim qonşumdur”, “Böyük dayaq”, “Möcüzələr adası”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Axırıncı aşırım”, “Babək” və digər bədii filmlərdə müxtəlif rollar ifa edib.Ulduzmusiqili kinokomediyasında yaratdığı kolxoz sədri Qədir surəti aktyorun ən yaddaqalan rollarından biridir.

 

Mədəniyyət.- 2018.- 4 may.- S.4.