Gənc rəssamların əl işləri nümayiş olunur

 

   Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə “Art Tover” qalereyasında rəsm sərgisi açılıb. “Start” layihəsi çərçivəsində gerçəkləşən müsabiqənin yekun sərgisi Mədəniyyət Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə reallaşıb.

   Gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulan müsabiqə-sərginin kuratoru Natalya Yarkovayadır. Sərgidə rəngkarlıq, qobelen və heykəltəraşlıq janrında əsərlər nümayiş edilir.

   Gənc nəslin incəsənətə marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaq məqsədi daşıyan sərgi bir həftə davam edəcək.

Mədəniyyət.- 2018.- 4 may.- S.8.