Sumqayıtda “Bir yaz axşamı”

 

   Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət mərkəzində "Bir yaz axşamı” adlı tədbir təşkil edilib.

   Regional idarənin rəisi Mehman Şükürov çıxış edərək gözəlləşib, abadlaşan şəhərdə belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Tədbirdə aktyorlar Vidadi Həsənov, Füzuli Hüseynov, İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, Səməd Hətəmov, gənc aktyorlar Etibar İbadullayevAmid Qasımov, bədii qiraətçi İlham Hüseynov, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Fidan Babayeva, Gülnarə Novruzova tanınmış şairlərin yaradıcılığından şeirlər səsləndiriblər.

   Əməkdar artist Təhmiraz Şirinov və Rəhilə Quliyevanın ifasında musiqi nümunələri tədbirə xüsusi ovqat qatıb.

  

Mədəniyyət.- 2018.- 9 may.- S.11.