Kinomuz milli sərvətimizdir”

 

 

   Quba rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Azərbaycan kinosunun 120 illiyi ilə əlaqədar “Kinomuz milli sərvətimizdir” adlı tədbir keçirilib.

   MKS-nin direktoru Saməddin Nəsirov tədbiri açaraq bildirib ki, 2018-ci ilin avqust ayında Azərbaycan kinosunun 120 yaşı tamam olacaq. Milli kino sənətimiz bu dövrdə zəngin inkişaf yolu keçib.

   Qubada fəaliyyət göstərən Kinovideo birliyinin direktoru Nəzər Əsədullayev çıxışında kino sənətinə, kino xadimlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, Azərbaycan filmlərinin son illər beynəlxalq festivallarda uğurlu iştirakından bəhs edib.

   Tədbirin sonunda “Azərbaycan kino sənətinin tarixi” adlı video-çarx nümayiş olunub, mövzuya dair sərgiyə baxış keçirilib.

Mədəniyyət.- 2018.- 9 may.- S.11.