Balaca virtuoz” nominasiyasının laureatı

 

 

   Tbilisidə “Future stars-2018” Beynəlxalq müsabiqəsi laureatlarının təltifetmə mərasimi keçirilib. Müsabiqədə Rusiya, Latviya və Gürcüstanın müxtəlif bölgələrindən ifaçılar iştirak edib.

   Müsabiqənin nəticələrinə görə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki F.Əmirov adına 6 nömrəli onbirillik Uşaq incəsənət məktəbinin II sinif şagirdi Turan Cəfərzadə “Balaca virtuoz” nominasiyasının laureatı və “Gümüş not” mükafatına layiq görülüb. Eləcə də məktəbin direktoru, professor Adilə Yusifova və müəllim Gülmira Zairova da sertifikatla təltif edilib.

  

Mədəniyyət.- 2018.- 9 may.- S.8.