Müsyö Jordan və dərviş Məstəli şahMoldovaya da gedib çıxıb

 

   Moldovanın paytaxtı KişineudaClass Fest” Beynəlxalq teatr məktəbləri festivalı keçirilib.

  

   Festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupu IV kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələri tərəfindən Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri nümayiş olunub.

   Tədbirdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov, səfirliyin əməkdaşları, Moldovadakı diasporumuzun üzvləri iştirak ediblər.

   Tamaşa maraqla qarşılanıb. Festivalın təşkilatçıları tərəfindən SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, kursun rəhbəri Nofəl Vəliyev, müəllim Ruslan İsmayılov və tamaşanı səhnələşdirən tələbələr diplomla təltif edilib.

   Səfir Qüdsi Osmanov müəllim və tələbələri təbrik edərək uğurlar arzulayıb.

 

Mədəniyyət.- 2018.- 9 may.- S.8.