Tanınmış aktyor Bahadur Əliyevin xatirə gecəsi keçirildi

 

   Mayın 4-də Dövlət Film Fondunda tanınmış aktyor Bahadur Əliyevin 85 illik yubileyinə həsr olunan tədbir keçirildi.

   Tədbirdə çıxış edən kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə sənətkarın aktyorluq istedadından və insani keyfiyyətlərindən danışdı. Bildirdi ki, Bahadur Əliyev həm də kino istehsalı sahəsində yaxşı təşkilatçı kimi tanınıb. Ömrünün 40 ilə yaxın bir dövrünü bu sənətə həsr edib.

   Qeyd olundu ki, sənətkar 1933-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Dramkino aktyorluğu fakültəsini bitirib. Bakı kinostudiyasında aktyorrejissor assistenti işləyib. “Kölgələr sürünür”, “Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi” və “Onu bağışlamaq olarmı?” filmlərində epizodik rollarda çəkilib. SSRİ və Hindistanın birgə istehsalı olan “Əlibaba və qırx quldur” filmində də rol alıb. Aktyorun məşhur özbək filmi “Şerəli və Aybərçin”də oynadığı rol özbəklərin sevgisini qazanıb. Ulduz” filmindəki kolxoz sədri Qədir obrazı onun ən yaddaqalan rollarındandır. Ömrünün çox hissəsini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayan aktyor dublyaj sahəsində də səmərəli fəaliyyət göstərib, kinostudiyada dublyaj sexinin müdir müavini işləyib. 2002-ci ildə vəfat edib.

   C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxışında qeyd etdi ki, epizodik rollara çəkilərək sənət nümayiş etdirmək və əbədiyaşarlıq qazanmaq hər sənətkara nəsib olmur. Bahadur Əliyev üçün rolun böyüyü, kiçiyi olmayıb. O, həmişə yaratdığı obrazın canlı, təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən sevilməsinə çalışıb və buna nail olub.

   Xalq artisti İlham Namiq Kamal aktyorlaMozalan” kinojurnalında və Azərbaycan Radiosunun “Sabahınız xeyir” verilişində birgə çalışdıqlarını bildirdi, xatirələrini bölüşdü.

   Əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərov B.Əliyevin kinoda inzibati işlərdəki fəaliyyətindən danışdı. Qeyd etdi ki, o, ötən əsrin 90-cı illərinin əvvəllərində, kino sahəsindəki durğunluq dövründə çox xiffət çəkərdi. Bu vəziyyət uzun illər bu sahədə çalışan bir insan üçün çətin idi.

   Aktyor, rejissor, Əməkdar artist Elxan Qasımov qeyd etdi ki, B.Əliyev xoş hislərlə xatırlanacaq sənətkar və gözəl insan olub: “Qəribə, özünəməxsus gülüşü vardı, insanda pozitivlik yaradırdı. Çox əliaçıq, həyatsevər insan idi. Kinostudiyanın bütün işlərində yaxından iştirak edərdi”.

   Çıxışlararası aktyorun çəkildiyi filmlərdən qısa fraqmentlər nümayiş olunurdu.

   Sonda sənətkarın oğlu Rauf Əliyev tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 9 may.- S.6.