Maestro ev-muzeyində yad edilib

 

 

   L. M.Rostropoviçlərin ev-muzeyində görkəmli musiqiçi, məşhur violonçel ifaçısı, dirijor Mstislav Rostropoviçin (1927-2007) vəfatının ildönümü ilə əlaqədar anım günü keçirilib. Tədbirdə musiqi xadimləri, paytaxtdakı ev-muzeylərinin direktor əməkdaşları, musiqi məktəblərinin müəllim şagirdləri, Rusiya Polşa səfirliklərinin əməkdaşları iştirak ediblər.

   Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova tədbiri açaraq qonaqları salamlayıb.

   Sonra maestroya həsr olunmuş konsert proqramı təqdim olunub. Proqramda Əməkdar artist, violonçelçi A.Miltıx, beynəlxalq müsabiqələr laureatı, pianoçu S.Tağızadə, Prezident təqaüdçüsü, violonçelçi O.Hüseynov başqalarının ifasında İ.Bax, S.Raxmaninov, A.Hüseynzadə, R.Şuman digər müəlliflərin əsərləri səsləndirilib.

   Qonaqlar maestronun vəfatı ilə bağlı muzeydəki xatirə kitabına yazılmış başsağlığı mətnlərindən ibarət sərgiyə tamaşa ediblər. Burada tanınmış incəsənət xadimlərinin, səfirliklərin nümayəndələrinin, sadə vətəndaşların ürək sözləri yer alıb.

   Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Mstislav Rostropoviç ilə bağlı öz xatirələrini bölüşüb. Maestro ilə İsveçrədə görkəmli dirijor Paul Zaxerin 90 illiyinə həsr olunmuş konsert zamanı ilk tanışlığını xatırlayan F.Əlizadə deyib: “Konsertdə dünya şöhrətli bəstəkar J.Haydnın əsəri səsləndi. Tamaşaçılar maestronu gurultulu alqışlarla qarşıladılar. Ona yaxınlaşıb təbrik etmək istəyəndə artıq o, mənim Bakıdan gəldiyimi, bəstəkar olduğumu bilirdi. Tanışlığımızdan sonra Mstislav Rostropoviç mənim yaradıcılığımla, fəaliyyətimlə maraqlanmağa başladı”.

   Ev-muzeyinin direktoru Ş.Heydərova maestronun 2006-cı ildə Bakıya sonuncu gəlişindən söz açaraq diqqətə çatdırıb ki, o zaman M.Rostropoviç şəhərimizə növbəti səfərində Firəngiz Əlizadənin “İntizar” operasına dirijorluq edəcəyini bildirmişdi: “Təəssüf ki, bu niyyət həyata keçmədi. Həmin günə aid xatirə şəkilləri muzeyin fondunda mühafizə olunur”.

 

Mədəniyyət.- 2018.- 9 may.- S.6.