“Etüddən gəlirəm”

 

   Bu dəfə rəssamlar Qusar rayonunda olublar

  

   Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Vətənin tərənnümü” silsiləsindən rəssamların növbəti etüd pleneri mayın 5-də Qusar rayonunda keçirilib.

   "Azərbaycan Xalq Cümhuriyyəti ili" çərçivəsində reallaşan tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, sənətşünas Ziyadxan Əliyev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, həmçinin peşəkar və gənc rəssamlar, Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri iştirak ediblər.

   Gün ərzində 30-dan çox rəssam ölkəmizin dilbər guşələrindən olan Qusar rayonunun Ənig kəndinin ecazkar mənzərələrini tabloya köçürüblər.

   Yerli camaatın, həmçinin həmin vaxt oradan keçən yerlixarici turistlərin marağına səbəb olan tədbir xeyli məhsuldar olub. Rəssamlarımızın çəkdikləri əsərlər Bakıdakı Xətai Sənət Mərkəzində "Etüddən gəlirəm" adlı sərgidə nümayiş olunacaq.

 

Mədəniyyət.- 2018.- 9 may.- S.9.