Miniatür kitaba sığan tarixi salnamə

 

   İçərişəhərdəki Miniatür Kitab MuzeyindəHeydər Əliyev. Təltiflərkitabının təqdimat mərasimi keçirilib.

   Muzeyin yaradıcısı, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova mərasimdə çıxış edərək yeni miniatür kitabın ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə nəşr olunduğunu bildirib. Muzeyin yaradılmasında ulu öndərin dəstəyini xüsusi vurğulayan Zərifə Salahova qeyd edib ki, 1995-ci ildən bəri Heydər Əliyevlə bağlı 36 miniatür kitab nəşr etdirilib. İndigomətbəəsində çap olunanHeydər Əliyev. Təltiflərminiatür kitabının ölçüsü 55x58 mm-dir. 356 səhifədən ibarət kitabda 135 rəngli fotoşəkil yer alıb.

   Muzeyin filialları haqqında da məlumat verən Zərifə Salahova bildirib ki, Naxçıvan filialında 1119, Gəncə filialında 1060, Şəki şəhərindəkiMarxalmüalicə-istirahət kompleksindəki filialda 650 kitab yer alıb.

   “Heydər Əliyev. Təltiflər” miniatür kitabının tərtibçisi və redaktoru Asəf Həsənov xatırladıb ki, belə bir nəşrin ideyası Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadəyə məxsusdur: “2004-cü ildə böyük kitab-albom hazırlandı. Əlbəttə ki, kitab-albomun həcm baxımından imkanları genişdir. Bu gün təqdimat mərasiminə toplaşdığımız miniatür kitab həmin kitab-albomun qısa məğzidir”. Vurğulanıb ki, Heydər Əliyev dünyanın bir sıra dövlətlərinin orden və medallarına, habelə çoxsaylı müxtəlif fəxri adlaramükafatlara layiq görülüb. Bu kitabda Heydər Əliyevin təltif olunduğu ali ordenmedallardan, yüksək mükafatlardan bəhs edilir.

 

Mədəniyyət.- 2018.- 9 may.- S.10.