Tanınmış Ukrayna ədibinin əsərləri ana dilimizdə

 

 

   Azərbaycan Tərcümə Mərkəzindən yeni nəşri - çağdaş Ukrayna ədəbiyyatının tanınmış siması Vladimir DanilenkonunQürub çağının işığında” kitabı çapdan çıxıb.

   Tərcümə Mərkəzindən bildirilib ki, əsərlərindəki lakoniklik, özünəməxsus satiraironiya tərzi Danilenkonu Ukrayna ədəbi mühitinin ən çox oxunan müəlliflərindən birinə çevirib.

   Yazıçının “Tarnovskilər malikanəsindəki kölgələr” və “Mənim qarayanız, qıvrımsaç günəşim” romanları, eləcə də “Qulaqlar”, “Kiyevli oğlan”, “Qürub çağının işığında”, “Göbələk çığırtısı”, “Turovestdə futbol”, “Zanbaqlar arasındakı iz”, “Dovşan” hekayələrinin yer aldığı kitabı Azərbaycan dilinə Etimad Başkeçid tərcümə edib.

 

Mədəniyyət.- 2018.- 9 may.- S.10.