Ulu öndərin doğum gününə musiqi töhfəsi

   

   Mayın 10-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edildi.

   Tədbirdə nazirliyin kollektivi, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirdi.

   Gecədə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə ümummilli lider Heydər Əliyevə həsr olunmuş III Respublika ifaçılıq müsabiqəsinin laureatları konsert proqramı ilə çıxış etdilər. Orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Teymur Göyçayevdir.

   Konsert proqramında Üzeyir Hacıbəylinin "Arazbarı", Fikrət Əmirovun "Poema-monoloq", Qara Qarayevin "İldırımlı yollarla" baletindən rəqs, Niyazinin "Arzu", Tofiq Quliyevin "Qaytağı", o cümlədən digər yerli və xarici bəstəkarların əsərləri ifa olundu.

  

   Fariz

Mədəniyyət.- 2018.- 11 may.- S.2.