Ümummilli fədailərimizdən -

 

   23 aylıq varlığıyla əbədi istiqlaliyyətimizi bünövrələmiş CÜMHURİYYƏTdə əməl və intellektincimiz” Mirzə Bala Məmmədzadə

  

   İncimizsözünün deyicisi olmuş doğmamızın kimliyilə sonda tanış olacaqsız. Hələliksə bir əcnəbinin - nüfuzlu alman tarixçisi, professor Cotthardın sözlərindən: “1918-ci il mayın 28-də elan edilmiş ADR Türk-Azərbaycan düşməni olan qüvvələrin “isbata çalışdıqları kimi təsadüfi bir hadisə deyil, məhz həmin xalqın uzun zamandan bəri inkişaf etməkdə olan təbii təkamülünün nəticəsi idi. Bunun belə olduğunu M.B.Məmmədzadənin bu günlərdə nəşr etdirdiyiMilli Azərbaycan hərəkatı” əsəri də biz avropalılara bütün detalları ilə isbat etməkdədir”.

   “...biz avropalılara bütün detalları ilə isbat etməkdədir”...

   Haqqında başqa heç bir məlumatım olmayan o qanlı “faşizm” ölkəsinə mənsub birisinin 80 il öncə dediyi bu sözlər düz 70 il ideologiyasının başına and içməli olduğumuz “şanlı” bolşevik-sovet hakimiyyətinin çoxkiçikbir detalını da isbat etmədə. Belə ki, əgər 1991-ci ildə Milli Müstəqilliyimizə nail olmasaydıq, biz şahidlər (xüsusən jurnalistlər) hələ də müqəddəs milli şəhid ruhlarının düşkün-küskünlük əsarətində qalmış olardıq.

   Onlardan biri də M.B.Məmmədzadə!..

   Neyləyəydik, “evdə bişmir, qonşudan gəlmirdi”...

   Bu məsəldəki “evdə” kəlməsi heç (fağır “proletar” ailələr belə şeyləri hardan biləydi?), “qonşudansözü isə o dövrün ali məktəblərini ehtiva edir. Bəli, belə ki, ovaxtlar hətta az-çoxdemaqoqluq (sözün ilkin etimolojisində) edən ADU-da (BDU) belə nə “ADR”, “Cümhuriyyət” kimi adlar çəkilirdi, nə Rəsulzadə, Yusifbəyli, Topçubaşov, Xoyski, Məmmədzadə kimi soyadlar...

   Deməli, bugünkü müstəqil yaşayıb-yaratma (və yazma) imkanlarımızı təmin etmiş 18 oktyabr 1991 hadisəsi baş verməsəydi, bəlkə də biz baş milli amalımızın qələbəsi üçün dünyanın çox ünvanlarında yaşadığı minbir məşəqqətdən sonra İstanbulda dünyasını “istiqlali-nakam”lıqla dəyişmiş (8 mart 1959) bu böyük Azadlıq mücahidinin - Mirzə Bala Məmmədzadənin anadan olduğu (24 may 1898) Zirə kəndini hələ də yalnız “ləzzətli qarpız-pomidor yurdukimi tanımaqda (və yazmaqda) idik...

   Bu böyük Azadlıq Adamı başlıqaltıda başqasının dilindən işlətdiyim “incimiz” dəyərinə doğru -

  

   Necə gəlirdi?

  

   Məşhur türkoloq R.R.Arat: “Mən Mirzə Bala ilə 1933-cü ildə İstanbul Universitetində tanış olmuşam. O zaman Hüquq fakültəsini bitirməsi üçün bir neçə imtahanı qalmışdı. Fəqət onu o günlərin ab-havası içində mühüm olan Türklük davasında yeni bir görəvə çağırdılar. Mən son imtahanlarını tamamlayıb getməsini məsləhət etsəm də, bu Vətən fədaisi ilk gəncliyindən başladığı millət davasının davamı üçün təcili olaraq Polşaya getdi”.

   Bu mütəfəkkir ideoloqun Berlində (1938) nəşr olunmuşMilli Azərbaycan hərəkatı” adlı tarixi, siyasi-ideoloji, elmi-nəzəri mündəricəli kitabında “Yazı heyətindən” başlığı ilə verilmiş çox ciddi, elmi-nəzəri müddəalarla zəngin ön sözdə belə birserial” (deyərdim, ata-ana məhəbbətilə süslənmiş) cümlə də var: “M.B.Məmmədzadə çəyirdəkdən bir müsavatçı, əbcəddən (ibtidaidən) bir istiqlalçı, məktəb dövründən bir vətənpərvər, “Açıq söz”dən bir mühərrir, qırmızı rus istilasından sonra milli qurtuluş üçün gizli fəaliyyətə keçdiyi gəncliyindən tufansayağı bir inqilabçıdır...”

   Bu şanlı istiqlalçımız haqda tək elə əcnəbilər yox, həmvətənlilərimiz də maraqlı fikirlər söyləyiblər. Məsələn, türkoloq, filologiya elmləri namizədi A.Mədətoğlu: “...M.B.Məmmədzadə təpədən-dırnağa Vətənçi, milliyyətçi, Azərbaycançı idi. M.Ə.Rəsulzadənin ideyalarını M.B.Məmmədzadə qədər dərk edən ikinci bir şəxs olmamışdır. Tariximizdə bu iki şəxs qədər bütün çaba-çalışmaları ilə biri-birinə bağlı, ömürləri boyu eyni məslək, əqidə və əzmlə yaxın-yanaşı mübarizə aparan ikinci bir duallıq tapmaq mümkün deyil”.

   Vaxtilə onun özünün söylədiyi (və indiki milli-ictimai halımızın təsdiq-tərənnümü kimi səslənən) sözlərindən: Milli istiqlalımızın yenidən gerçəkləşməsi üçün mücadiləmizi bütün şiddəti ilə davam etdirməkdən əl çəkməməliyik. Əgər bir millət olaraq, türk olaraq, azərbaycanlı olaraq yaşamaq şüuru, varolma qənaəti daşıyırıqsa, milli bir dövlət halında qurulub, azad və müstəqil yaşamaq naminə həyatımızı əsirgəməməliyik!”

   O, “Açıq söz” qəzetində gəncliyə belə müraciət edirdi: “Bu gün Kəbeyi-müqəddəsiniz olan Vətəninizi azad ediniz... Sizi bir insan olaraq Vətən yaşadar! Sizin diliniz, sizin irznamusunuz yenə Vətəniniz içində səlamət qala bilər...”

   Bunlar onun haqqında deyilən və özünün dediklərinin çox cüzisi. Hamısı da sağlığında. Nəşinə və ruhuna deyilmiş sözlərdən isə bircəsinə yer eləyə bilirik. Bu, onun - üstünə ...məlum parça örtülmüş meyiti başında səslənən ilk söz olub. Həyat yoldaşı Bahirə xanım deyib bunu: “Artıq rahatlığa qovuşdun, Mirzəciyim! Bax, öz Bayrağın altındasan!..”

   Çox alovlu nitqlər edilib, rəsmi çıxışlar yapılıb, əziz sözlər, acı ağılar, mərsiyələr səslənib, broşürlər, kitablar yazılıb bu pir vətənpərvərin ünvanına...

   Və maraqlıdır, bu qədər qatı siyasi partiyaçı, əməli mübarizəçi bir adam, tədqiqatçıların fikrincə, Azərbaycanın milli düşüncə tarixində öz ictimai-siyasi fəaliyyət və əsərlərilə, daha çox, bir mütəfəkkir kimi tanınmaqda...

   

   Nədən ki...

  

o, xalqın oyanışını tək elə mədəni-maarifi fəaliyyətdə deyil, həm də ümummilli zehniyyət inqilabında görürdü. Busiyasi ziyalı” dünya sivilizasiyasının yalnız “çöl üzü”nə valeh olansavad ziyalıları”na təlqin etmək istəyirdi ki, heç bir əcnəbi dövlət və onun lideri öz milli nəflərini buraxıb, başqa xalqa azadlıq və ya rifah gətirəsi deyil. Məsələn, o, 1936-cı ildə Berlində çıxan “Qurtuluş” dərgisindəki “Oradan-buradan” adlı məqaləsində göstərirdi ki, vaxtilə Çar Rusiyasının öz əsarəti altında olan ucqar regionlarda yeritdiyi şovinist ruslaşdırma siyasəti XX əsrin ikinci onilliyindən Sovet Rusiyası tərəfindən yeni istiqamətdə, özü də, çox qeyri-mədəni üsullarla davam etdirilir. “Sovetlərin “ruslaşdırma” siyasəti bütün gücü və şiddətilə sürülməkdədir. Fürsət düşdüyü zaman Moskvasinifsiz cəmiyyət”dən “milliyyətsiz cəmiyyət”ə keçəcəkdir”. Sovet İttifaqında ruslarla müqayisədə çoxluq təşkil edən qeyri-rus millətlərin “ruslaşdırılması” siyasətinin ideoloji əsaslarının üzünü açan bu ideoloq dünya ictimaiyyətinə bəyan edirdi ki, SSRİ-də hegemon Sovet Rusiyası qondarmakommunist dəyərləri” əsasında qeyri-rus millətləri ruslaşdırmaqla bütün dünyaya hökm edə biləcək “sovet milləti” yaratmaq iddiasındadır. “Bu, gələcəkdə 250 milyonluq böyük bir toplununrusolaraq dünyanın başına bəla olacağı demək deyilmi?..”

   Bu kamil şəxsiyyətin öz uşaqlıq və gəncliyi də, elə -

  

   Müraciətlərindəki sayaq...

  

   Bakının Zirə kəndində balıqçı ailəsində anadan olub. Dolanışıq üçün şəhərə (Çəmbərəkəndə) köçürlər və o, atasının vəfatından sonra çoxsaylı ailəni anasının bişirdiyi qutabları satmaqla dolandırır. “Rus-tatar” məktəbindən sonra 3-cü ali ibtidai, ardınca texniki-sənaye məktəblərini bitirir. Ədəbi yaradıcılığa təhsil illərində başlayır, 14 yaşında (1912) “Kaspi” mətbəəsində “Nəfi-elm və yaxud elmin sonu” adlı kitabı çap olunur. “Məhəmmədiyyə” adlı dərnəkdəki ziyalılarla yaxından tanışlığı səbəbilə dünyagörüşü formalaşmağa başlayır, “Azərbaycan”, “Gənclik sədası”, “Açıq söz” qəzetlərində çıxışları ilə məşhurlaşır, nəticədə, həftəlik “Bəsirət” jurnalının baş redaktoru olur.

   1917-ci il Fevral inqilabından sonra açıq siyasi fəaliyyətə qoşulub, “Müsavat” partiyası sıralarına daxil olan M.B.Məmmədzadə AXC hakimiyyəti elan edildikdən dərhal sonra “Gənclər yurdu” jurnalının redaktoru təyin edilir.

   O, milli müqəddəratın tələb etdiyi hər yerdə, hər işdə can-başla çalışır. Hətta AXC Parlamentində stenoqrafçı kimi də!

   1919-un oktyabrında “Müsavat” partiyası Bakı komitəsinin üzvü seçilir. Həmin il Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulan (1918-ci il mart soyqırımından bəhs edən) “Bakı uğrunda mübarizə” pyesini yazması faktı da hər mənada maraqlı!

   Məlum 28 aprel işğalından sonra o, gizli fəaliyyətə keçən “Müsavat”ın rəhbəri olur, 1923-ə qədər “İstiqlal” qəzetini nəşr etdirir. 1922-də “Azərbaycan türk mətbuatı” adlı kitabı nəşr olunur. Növbəti ilin iyulunda hökumət orqanları “İstiqlal” qəzeti mətbəəsini aşkar edir, təşkilat üzvləri həbs olunur. Bundan yayına bilmiş Məmmədzadə həbs olunanlardan bir qrupunun sovet hakimiyyətini müdafiə etmələri barədə verdikləri bəyanat əleyhinə vərəqələr yayır. Gizli fəaliyyətin mümkün olmadığını görüb Ənzəli şəhərinə (İran) keçir, oradakı mühacirlər təşkilatına başçılıq edir, M.Ə.Rəsulzadənin rəhbərliyilə İstanbulda nəşr olunanYeni Qafqasya” jurnalına məqalələr göndərir. 1927-ci ildə İstanbula köçür və... böyük millət davası üçün Avropanın bu başından-o başına gəzib dolana-dolana 2000-dən çox məqalə yazır. Həmin məqalələrdən biri: “Solovkidən gələn səslər”. O yazıda “...kommunizmin bu zindanına sürülmüş Azərbaycan istiqlal mücahidləri dünyanın ən dəhşətli işgəncələrinə məruz qalmalarına baxmayaraq yenilmədilər; o amansız şəraitdə belə “İstiqlal” marşını oxudular!..”

   Bu dönməz insan M.Ə.Rəsulzadənin vəfatından (1955) sonra Azərbaycan Milli Mərkəzinə rəhbərlik edib.

  

   Ölümü?..

  

   Bu barədə böyük millət fədaisinin “son yatağı” yanında olmuş məsləkdaşlarından İldəniz Qurtulanın xatirələrindən:

   Soyuq, cansıxıcı 4 mart günü. İki gün sonra Məmməd Əmin bəyi itirdiyimizin 4-cü ildönüm anımını tərtiblədiyimiz tədbirə “həyəcana dayana bilməz”, deyə onu götürmədik. Yorulub-üzülməsin dedik, mücahidlərimiz içrə bu sonuncu incimiz, yeganə sərvətimiz.

   Ertəsi günÜşütdüm, - dedi və qırıq-qırıq əlavə etdi - Münxendəki evimiz çox isti idi. Orada boğucu bir isti ikən, bu mart soyuğu İstanbulda nədən bu qədər israr edir, bilmirəm”.

   7 mart. Xəstəlik davam edir. Yatağında oturmuş halda israrla danışmaq istəyir. Münxendəki müxtəlif cəbhələri saydı, sonra ümumi dünya əhvalı haqqında danışdı. Qəflətən “çox üşüyürəm”, - dedi və titrətməyə başladı. “Mənə nə oldu belə?”

   Həkim çağırdıq, vəziyyəti dəqiqliklə tədqiq etdi, iki iynədən sonra məni kənara çəkdi: “Vəziyyət kritikdir. İnfarkt krizi”.

   Vücudum titrədi: “Bəs biz nə edəcəyik?..”

   Bütöv bir ömür iztirabı çəkmiş bu böyük insanı bir az da yaşatmağa cəhd edirdik “Sən daha böyük xəstəlikləri yendin, Mirzə əfəndi! - dedik, - Özünü toparla...

   - Yox, ölürəm, deyəsən. Əlimi tut, İldəniz. Bahirə, yanımda dur...

   - Vətən torpağına ayaq basmadan ölməkmi? Yox, Mirzə Bala, yaşamaq gərək. Qeyrət et. Bizə rəhmin gəlsin!..

   “Görəsən, bu qaya insan 40 illik mücadilə ardından başımızda olaraq bir Milli Azərbaycan Cümhuriyyəti qurmaq əzmiylə mücadiləsinə davam etməyəcəkmi?..” O, solğun bənizindəki pırıl-pırıl parlayan gözlərilə üzümüzdəki ifadəni sökməyə çalışır, bizim qəlbimizdəsə dayanmadan təkrar etmək istədiyimiz: “Yaşa, yaşa, ey böyük Mirzə!..”

   8 mart. Səhər tezdən otağına girdimonu bəyaz bir örtüyün altında “yatmış” gördüm. Baş tərəfində dayanmış həyat yoldaşı Bahirə xanım: “Səhərə yaxın... saat 4-də... - dediağlaya-ağlaya əlavə etdi - Sopsoyuq səsinə oyandım. Tərləmişdi. Alnını siləndə “çox toxunma mənə, Bahirə, yuxum qaçar” - dedihaman uyudu. Əbədi yuxusuna getdi...”

   Hönkürtülər, hıçqırıqlar... Mən onun cansız vücudunu qucaqlarkən odlu çıxışları, hərəkətləri, bütün şəxsiyyəti canlandı gözümdə. Sandıqdan üçrəngli bayrağımızı çıxardıq. Onu mənə göstərdiyi günü və bağrına basaraq dediyi sözləri xatırladım: “Arnavutda iki dənə idi bu müqəddəsimizdən. Birini Əmin bəyə göndərdim, biribudur. Sənə vəsiyyətim olsun, İldəniz. Öləndə üstümə çəkərsən”...

   Elə də etdik.

   Bahirə xanım isə hıçqırıqlar içində: “Artıq rahatlığa qovuşdun, Mirzəciyim! Bax, öz Bayrağın altındasan!” - dedi...

  

   Tahir Abbaslı

Mədəniyyət.- 2018.- 11 may.- S.12.