Euronews” telekanalı Möminə xatın türbəsi haqqında

    

 

   Euronews” telekanalının italyan dilindəki saytında məşhur Azərbaycan memarı Əcəmi Naxçıvani tərəfindən tikilən və UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan maddi mədəni irsin ilkin siyahısına daxil edilən Möminə xatın türbəsi haqqında məlumat yerləşdirilib.

   Yazıda abidənin tarixi və memarlıq xüsusiyyətlərindən, Möminə xatının həyatından bəhs olunub.

   Türbənin Naxçıvan şəhərinin qədim memarlıq nümunələrindən olduğunu qeyd edən müəllif onun XII əsrdə ölkənin siyasi həyatında əvəzsiz rol oynayan Möminə xatının şərəfinə ucaldıldığını diqqətə çatdırıb.

 

Mədəniyyət.- 2018.- 11 may.- S.13.