Qəsəbə kitabxanasında Cümhuriyyətin 100 illiyi qeyd edilib

 

   Ağcabədi rayon MKS-nin Hindarx qəsəbə kitabxanasında “Azərbaycan Xalq Cümhuriyyəti 100” başlığı altında tədbir keçirilib. Tədbirdə kitabxananın müdiri Vəsilə Məmmədova, Ağcabədi Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Ədil Həsənov, MKS-nin direktoru Məhəbbət Əliyeva, direktor müavini Təranə Məmmədova və digər çıxış edənlər 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ilielan olunmasının dövlətçilik tariximiz üçün əhəmiyyətini vurğulayıblar.

   Tədbirin sonunda məktəblilər Xalq Cümhuriyyətinə həsr edilmiş şeirlər söyləyiblər.

 

Mədəniyyət.- 2018.- 11 may.- S.6.