Qaradağ rayonunda kitab bayramı

 

   Bakı şəhəri Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) mayın 7-də Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda ənənəvi kitab bayramı təşkil edib.

   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş tədbirdə MKS-nin kitab sərgiləri və Qaradağ rayon məktəblilərinin əl işlərindən ibarət müxtəlif kompozisiyalar nümayiş olunub.

   Rayonun musiqi kollektivlərinin ifasında musiqi nömrələri tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

 

Mədəniyyət.- 2018.- 11 may.- S.6.