Bakı Musiqi Akademiyasında tələbələrin konserti

 

 

   Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) xalq artistləri FidanXuraman Qasımovaların sinfində təhsil alan tələbələr konsert proqramı ilə çıxış ediblər.

   BMA-dan bildirilib ki, konsertdə tələbələr tərəfindən “Sehrli fleyta” operasından Paminanın ariyası, “Mənim cazibədar ledim” müziklindən “Mən rəqs etmək istəyirəm” ariyettası, “Fiqaronun toyu” operasından Fiqaronun, Kontessanın və Kerubinanın ariyaları, “Ölkəm” romansı, “PorgiBess” operasından Klaranın laylası, “Somnambul” operasından Aminanın ariyası, “Şelburq çətiri” kinofilmindən duet, “Don Paskuale” operasından Norinanın ariyası və digər musiqi nömrələri yüksək peşəkarlıqla ifa olunub.

   İfaçılar M.MaqomayevinOdlar yurdumusiqi parçasını ifa etməklə konsertə yekun vurub.

   Qeyd edək ki, maraqla qarşılanan konsertdə ifaçıları pianoda BMA-nın müəllimləri Rəna AğayevaNigar Məlikova müşayiət ediblər.

 

Mədəniyyət.- 2018.- 11 may.- S.6.