Ədəbiyyatımızın Elçini

 

   Xalq yazıçısı, dramaturq, tənqidçi Elçin Əfəndiyevin 75 yaşı tamam olur

  

   Bu gün çağdaş Azərbaycan ədəbiyyatının ön sıralarında gedən, bu ədəbiyyatın, əsl mənada, xarakterini təyin edən şəxsiyyətlərdən biriXalq yazıçısı Elçindir. Onun adı hər bir azərbaycanlı oxucu üçün tanış və doğmadır. Son dərəcə qürur doğuran odur ki, milyonlarla oxucunun bu məhəbbət və ehtiramını illər, onilliklər də təsdiq edə bilər. Elçin keçmiş SSRİ məkanında Azərbaycanı layiqincə təmsil edən, ümumittifaq ədəbi prosesində görünən və seçilən yazıçı-tənqidçi kimi diqqəti cəlb edirdi. Sonrakı onilliklərdə də Elçin yaradıcılığına maraq və diqqət azalmadı. Səbəbi odur ki, bir yazıçı kimi Elçin üçün yaradıcılıq axtarışları heç vaxt tükənməmişdir. O, sanki ilk hekayəsinin çap olunduğu 1959-cu ilin iyun ayından bu günəcən birnəfəsə bu axtarışları davam etdirir. Təbii ki, istedadlı bir yazıçı üçün həmişə axtarışda olmaq kəşflərə və özünütəsdiqə aparan yoldur.

   Elçinonun çoxcəhətli (janrmövzu baxımından) yaradıcılığı barədə söhbətə atası, ustad sənətkar İlyas Əfəndiyevi xatırlamaqla başlamaq istəyirik. İlyas Əfəndiyev Elçin üçün canlı klassik idi, canlı səs idi. Təsəvvür edin ki, bizim hamımızdan min dəfə artıq bu canlı klassiklə, bu canlı səslə ünsiyyət və təmasda olmaq nə demək idi. Elçin məhz bu ədəbi ocaqda həyat və sənət dərsi keçmişdir. Bu sənət dərslərini belə ümumiləşdirə bilərik: Ğqılınc kimi kəskin həqiqətləriğ, həyatın sərt üzünü, görünməyən qatlarını qələmə almaq, təsvir olunan obrazlara yalnız yaşadığı dövrün deyil, gələcəyin prizmasından yanaşmaq, insanın mənəvi dünyasını, hislər, duyğular aləmini cəmiyyət hadisələri ilə üzvi şəkildə bağlamaq, hətta uzaq və yaxın keçmişin olaylarını da bu günün ictimai, siyasi, mənəvi mənzərəsi ilə bir araya gətirmək, Azərbaycan dilinin, zəngin folklorumuzun incəliklərinə üz tutmaq, həyatda baş verən ictimai, mənəvi prosesləri vaxtında duymaq... Bütün bu sənət dərslərinə mükəmməl yiyələnən Elçin - gələcəyin böyük sənətkarı - Ğmən həmişə bu yaradıcılıqdan öyrənirəmğ devizinə sadiq qaldı.

   Lakin Elçinin bir sənətkar kimi püxtələşməsini təkcə İlyas Əfəndiyevin sənət dərsləri ilə məhdudlaşdırmaq olmaz. Elçin dünya ədəbiyyatına çox yaxşı bələd olan, mütaliəsi geniş bir yazıçıdır. O, dünya ədəbi prosesində baş verən yenilikləri vaxtında duyur, öz yaradıcılığında da həmin yenilikləri hiss etdirir. Və ən başlıcası, o, müasir həyatın, gerçəkliyin özü ilə təmasda, ünsiyyətdədir.

   Elçin hər şeydən əvvəl istedadlı bir nasirdir. Bu istedadın nişanələri onun elə ilk hekayələrində diqqəti cəlb edirdi. 1966-cı ildə Elçinin ĞGənc yazıçının ilk kitabığ seriyasından ĞMin gecədən biriğ adlı hekayələr kitabı işıq üzü gördü. Burada onun yeddi hekayəsi və ĞƏsli və Kərəmğ adlı lirik-yumoristik kiçik povesti təqdim olunmuşdu. Kitab ĞNərdivanın birinci pilləsiğ hekayəsi ilə açılırdı və müəyyən mənada bu hekayənin adı rəmzi məna daşıyırdı. Kitabı oxuyub başa çatdırandan sonra, doğrudan da, belə bir qənaətə gəlmək olurdu ki, ĞMin gecədən biriğ bir yazıçı kimi Elçin üçün böyük ədəbiyyat meydanında ilk nərdivandır, özü də etibarlı, ucalıq üçün, sənətdə özünü təsdiq üçün ilk uçuşdur.

   Elçinin mənsub olduğu ədəbi nəsil Ğaltmışıncılarğ adlanır. ElçinAnar, İsi Məlikzadə, Fikrət Sadıq, Yusif Səmədoğlu, Fikrət Qoca, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Vaqif Səmədoğlu, Sabir Azəri, Fərman Kərimzadə, Əlibala Hacızadə kimi bu ədəbi nəslin nümayəndəsi sayılır. ĞYeni Azərbaycan nəsriğ ifadəsi daha çox bu ədəbi nəslin (nasirlər) yaradıcılığı ilə bağlıdır. ĞYeni Azərbaycan nəsriğni səciyyələndirən müəyyənedici əlamətlər haqqında ədəbi tənqid sonralar öz sözünü dedi. Ən başlıcası o idi ki, nəsrdə bir çox ənənələr, stereotiplər qırılmağa başladı, mövzu-problematika və sənətkarlıq baxımından mühüm dəyişikliklər nəzərə çarpdı. ĞQum dənəsində kainatı görməkğ ön plana keçdi, monumental, vüsətli Ğmüsbətğ qəhrəman xeyli dərəcədə öz mövqeyini itirdi, nəsrdə ədəbi qəhrəmanların bütün mürəkkəbliyi və ziddiyyətliliyi ilə təsvirinə diqqət artdı. Bunun üçün Elçinin 60-70-ci illərdə yazdığı povest və hekayələrə nəzər yetirmək kifayətdir.

   Elçinin ĞAçıq pəncərəğ povesti onun 60-cı illər yaradıcılığı üçün səciyyəvi bir əsər idi. Bu povestdə yazıçı insan mənəviyyatına zidd olan meşşanlığı tənqid edirdi. ĞSOSğ povestində isə həmin mövzu davam etdirilir. ĞBu dünyada qatarlar gedərğ, ĞPoçt şöbəsində xəyalğ, ĞBeş qəpiklik motosiklğ hekayələrində müəllifin xoş bir romantika ilə nəfəs alan, nağıllı-sehrli bir aləmə can atan, hər cür mənəvi bəsitlikdən qurtulmaq istəyən, dünyanın rənglərini, rəng bolluğunu duyğularında yaşadan qəhrəmanlarını görürük.

   Vaxtilə görkəmli tənqidçi Yaşar Qarayev yazırdı: ĞElçin hər cür yekrəngliyə qarşıdır. Onun ədəbi palitrasında şərti rənglərin bolluğu buradan irəli gəlir. Burada hətta hər əhval-ruhiyyənin öz rəngi varğ. Maraqlıdır ki, Elçinin bütün sonrakı yaradıcılığında rənglərin poeziyası öz işığıyla onun nəsrində və dramaturgiyasında öz cazibəsini əskiltmədi. Bu cəhəti biz ĞBaladadaşın ilk məhəbbətiğ, ĞGümüşü, narıncı, məxməriğ, ĞOn ildən sonrağ, ĞTalvarğ kimi Azərbaycan hekayəsinin ən gözəl nümunələrində də görə bilərik. Bu hekayələrin bir çoxu həm də onunla əlamətdardır ki, Elçin nəsrə yeni ədəbi qəhrəmanlar gətirdi. Ustad tənqidçi Məmməd Arif Elçinin bir çox hekayələrini Azərbaycan nəsri üçün orijinal bir hadisə hesab etmişdi.

   Yetmişinci illərdə Elçin bir-birinin ardınca üç gözəl povest yazdı: ĞBir görüşün tarixçəsiğ, ĞToyuğun diri qalmasığ və ĞDolçağ. Bu povestlər haqqında qısaca bunu deyə bilərik ki, Elçin nəsrinin həm mövzu, həm də sənətkarlıq axtarışlarının ən bariz xüsusiyyətləri bu povestlərdə daha aydın nəzərə çarpır. Xüsusilə, ədəbi qəhrəman problemi. Bu üç povest, həmçinin ĞŞuşaya duman gəlibğ hekayəsi 70-ci illər Azərbaycan nəsrinin əsas mövzusunu da xatırlatmağa imkan verir - bu da mənəvi saflığa çağırış mövzusu idi.

   80-ci illəri də Elçin yaradıcılığında məhsuldar və səmərəli sayırıq. Onun bu illərdə meydana çıxan romanları - ĞMahmud və Məryəmğ, ĞAğ dəvəğ və ĞÖlüm hökmüğ bütövlükdə götürüldükdə gərgin axtarışların, dünyanı, varlığı bədii təfəkkürdən keçirib Ğbaşqalaşdırmağınğ məntiqi nəticəsi idi. ĞMahmud və Məryəmğ romanında başlıca xətt İnsanZaman problemidir. Mahmud Məryəmin eşqi ilə çöllər dolanır, dağlar aşır və rastlaşdığı dəhşətli hadisələr onu həyata, insanlara daha ayıq baxmağa çağırır. Mahmudun Məryəmin eşqi ilə kül olması adi bir məhəbbət dəlisinin faciəsi deyil, bu faciədə dövrün ağıllı insanlara divan tutması ifadə olunur. Xatırladaq ki, roman ĞƏsli və Kərəmğ məhəbbət dastanının süjeti əsasında qələmə alınmışdır. Elçinin başqa bir romanında - ĞAğ dəvəğdə İnsanZaman problemi nisbətən yaxın tarixi keçmişin - Böyük Vətən müharibəsi illərinin hadisə və insanları ilə əyanilik kəsb edir. Müəllifin 1984-1988-ci illər arasında qələmə aldığı ĞÖlüm hökmüğ romanını onun yaradıcılığında yeni bir hadisə adlandırmaq olar. Bu romanda Elçin 30-40 illik bir zaman çərçivəsində baş verən hadisələri təsvir edir, Azərbaycanın repressiya dövrü ilə müasir dövrü arasında körpü yaradılır.

   Gəldi 90-cı illər. XX əsr Azərbaycanının ən mürəkkəb, xaotik, qarmaqarışıq bir dövrü. Xalqımızın taleyində mühüm rol oynayan illər. 1996-cı ildə Elçinin ĞDəlixanadan dəli qaçıbğ adlı kitabı çapdan çıxdı. Kitaba onun təxminən eyni mövzulu üç komediyası daxil edilmişdi: ĞAh Paris! Paris!ğ, ĞMən sənin dayınamğ və ĞDəlixanadan dəli qaçıbğ.

   Elçinin dramaturgiyaya gəlişi Azərbaycan teatrının böhran, durğunluq keçirdiyi 90-cı illərin əvvəllərinə təsadüf edir. Bu elə bir dövr idi ki, artıq cəmiyyətdə çaşqınlıq, kor stixiya, başıpozuqluq və qarşıdurmalar göz qabağında idi. Azərbaycan teatrı müəyyən mənada çaşqınlıq dövrünü yaşadı, bir müddət susdu. Teatr sussa da, dram əsərləri yazılırdı. Zamanın başlıca impulsunu, əsas vurğusunu insan talelərində axtaran, bir çox müşkül suallara cavab tapan əsərlər sırasında Elçinin pyesləri xüsusi yer tutur. Müəllifin yuxarıda qeyd olunan bu pyesləri komediyanın müasir tipinin nümunələridir. Zamanın dramatik mənzərəsi Elçinin pyeslərində daha qabarıq nəzərə çarpır, o, cəmiyyətdəki xaotik durumu, hərc-mərcliyi, çaşqınlığı, mənəvi müflisliyi ifadə etmək üçün bütün tanış tipajları Ğdəlilərğ adı ilə bir yerə toplayır. Yaşar Qarayevin təbirincə desək, Elçin dramaturgiyamızda ilk dəfə olaraq, xaosun, hərc-mərcliyin obrazını yaradır.

   Elçin 2000-ci illərdə də bir nasirdramaturq kimi axtarışlarını davam etdirir. Onun ĞQarabağ şikəstəsiğ, ĞBayraqdarğ, ĞSarı gəlinğ, ĞGöy üzünün ulduzlu vaxtlarığ, ĞKaşeyin taleyiğ, ĞKölgəğ hekayə və povestləri, ĞQatilğ, ĞArılar arasındağ, ĞŞekspirğ, ĞTeleskopğ, ĞCəhənnəm sakinləriğ, ĞSənətkarın taleyiğ pyesləri bu axtarışların uğurla başa çatdığından soraq verir.

   ĞQarabağ şikəstəsiğ və ĞBayraqdarğ povestləri qaçqınların həyatından söz açır. Povestlərin qəhrəmanları - CümüSurxay Bayraqdar vaxtilə Şuşada yaşamışlar, indi isə Buzovnada - fəhlə yataqxanasında güzəran keçirirlər. Bu yataqxanada, eləcə də Buzovnada təmiz bir Şuşa mühiti, Şuşa ab-havası hökm sürür. Buzovnada yaşayan şuşalılar burada daim ĞQarabağ şikəstəsiğnin ahəngini eşidir, keçmiş günləri unutmurlar. Hər iki povestdə lirik, yumoristik çalarlar olsa da, bunlar kədərli əsərlərdir. Filologiya elmləri doktoru Nərgiz Paşayeva yazır: ĞBuradakı kədərin bədii ifadəsini də biz konkret bir Ğizmğlə səciyyələndirməyə çətinlik çəkirik. Bu təsvirdəki impressionizmi görmək o qədər də çətin deyil. Görkəmli rus tənqidçisi Lev Anninskinin məşhur sözləri yada düşür: ĞElçin ...kədərli bir sehrkardır, bərq vuran, qızılı, gümüşü rənglərə üstünlük verən impressionistdirğ.

   Elçinin bu dövrdə yazdığı pyeslərin bir çoxu janr etibarilə orijinallığı ilə diqqəti cəlb edir. Belə ki, ĞQatilğ və ĞSənətkarın taleyiğ pyesləri istisna olmaqla qalan pyeslərdə həm komik, həm də tragik xətt sintez halında verilir. Yəni həmin pyeslərdə kədərin içində gülüş, gülüşün içində kədər var. “Qatilpyesi sırf psixoloji dram, ĞSənətkarın taleyiğ isə faciədir. Amma bu iki pyesdə də komik elementlər diqqəti cəlb edir. Bu əsərlərdə ilk dörd komediyasında qaldırdığı problemləri davam etdirən müəllif müasir cəmiyyətdə baş verən ictimai-siyasi, mənəvi prosesləri rəmzi, simvolik vasitələrlə nəzərə çarpdırır, Ğdünya dəlixanadırğ fikrini təcəssüm etdirir.

   Elçin həm də professional tənqidçi-ədəbiyyatşünasdır. Onun ədəbi-tənqidi yaradıcılığında problemlər çoxcəhətlidir. Əslində, bu problemləri bir ad altında birləşdirmək olar: böyük ədəbiyyata sevgi. O, klassik poeziyadan da, müasir ədəbiyyatdan da eyni məhəbbətlə yazır. Onun sevdiyi klassiklərə - Nizamiyə, Füzuliyə, Şekspirə, Danteyə, Molyerə, Axundzadəyə, Mirzə Cəlilə, Sabirə, Haqverdiyevə, Cavidə, Üzeyir Hacıbəyliyə həsr etdiyi yazılar elmi-nəzəri səviyyəsi ilə seçilir. Elçinin çağdaş ədəbiyyatla, onun müxtəlif problemləri ilə bağlı məqalələri də ədəbi prosesdə canlanma yaratmışdır. Müasir poeziya, nəsr və ədəbi tənqidin inkişaf yollarını, güclü və zəif cəhətlərini öyrənmək istəyirsinizsə, müxtəlif illərdə qələmə alınmış ĞMüasir tənqidimiz: vəziyyət və vəzifələrğ, ĞPoeziyamızın bəzi yaradıcılıq problemləriğ, ĞHekayə janrı: imkanlarımız və iddiamızğ, ĞKarvan yola düzülürğ, ĞTənqidçinin Ğmənği və tənqidin problemləriğ, ĞƏdəbi proses. Olum, ya ölümğ, ĞAzərbaycan ədəbi prosesində nələr baş verirğs. məqalələrini, həmçinin onlarla portret yazılarını, resenziyalarını yada salmaq kifayətdir.

   Elçinin son illərdə qələmə aldığı ĞBaşğ romanı isə müasir Azərbaycan nəsrində ədəbi hadisə kimi qiymətləndirilir. Bu əsərdə tarixiliklə müasirlik üzvi vəhdətdədir.

   Ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq yazıçısı Elçin Əfəndiyevin 75 yaşı tamam olur. Doğrusu, bu Ğyetmiş beş söhbətiğ onun həmişəcavan, heç vaxt bədii təravətini itirməyən yaradıcılığı ilə müqayisədə bir az qəribə görünür.

   Görkəmli ədibimizi yubileyi münasibətilə təbrik edir, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

  

   Vaqif Yusifli

   filologiya üzrə elmlər doktoru

 

Mədəniyyət.- 2018.- 11 may.- S.7.