Ev-muzeyində xatirə tədbiri

 

   L. və M.Rostropoviçlərin ev-muzeyində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova çıxış edərək Azərbaycan mədəniyyətinin inkişafında ulu öndərin xidmətlərini xüsusi vurğulayıb.

   Sonra qonaqlar ümummilli liderlə M.Rostropoviçin dostluq əlaqələrindən bəhs edən sərgiyə baxıblar.

   Tədbir Bülbül adına Orta ixtisas musiqi məktəbi şagirdlərinin konsert proqramı ilə davam edib.

   Sonda iştirakçılar “Heydər Əliyev və Mstislav Rostropoviç” adlı filmə baxıblar. Sənədli film Heydər Əliyev Fondu tərəfindən muzeyə təqdim olunub.

   Mədəniyyət.- 2018.- 11 may.- S.9.