Türkmən mədəniyyətini rəsmlərdə yaşadan sənətkar

 

 

 

 XX yüzillik türkmən təsviri sənətinin görkəmli nümayəndələrindən biri Durdu Bayramovdur. Onun yaradıcılığında psixoloji portret janrı aparıcı yer tutur. Sənətkar türkmən milli sənət məktəbinin ən yaxşı ənənələri ilə klassik realizmyenilikçi impressionist üslubu vəhdətdə təqdim edib. Bu il mərhum fırça ustasının 80 illik yubileyi qeyd olunur.

  

   Durdu Bayramov 14 aprel 1938-ci ildə Türkmənistanın Bayramalı şəhərində dünyaya göz açır. Kiçik yaşlarında valideynlərini itirir, Qızıl-Arvate (indiki Sərdar) şəhərindəki uşaq evində böyüyür. 1954-cü ildə orta məktəbi bitirir, Aşqabad şəhərində Şota Rustaveli adına Türkmənistan Rəssamlıq Məktəbinə qəbul olunur. Burada G.Brusensov və A.Hacıyevdən sənətin sirlərini öyrənir. Müəllimlərinin dəstəyi ilə fərdi sərgisi təşkil olunur. 1959-cu ildə V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutuna daxil olur. SSRİ Xalq rəssamı Dmitri Moçalskinin emalatxanasında böyük təcrübə keçir, rus rəssamlıq məktəbini mükəmməl mənimsəyir. Bu günonun əsərləri Tretyakov Dövlət Qalereyasında müəllimləri G.Y.BrusensovD.K.Moçalskinin işləri ilə birlikdə qorunur.

   D.Bayramov təhsilini başa vurduqdan sonra Aşqabada dönür və yaradıcılığını davam etdirir. 1965-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilir. AşqabaddaMoskvada keçirilən ümumittifaq rəssamlıq sərgilərində yaxından iştirak edir. Eyni zamanda Türkmənistan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi fəaliyyət göstərir.

   Sənətkar 1966-cı ildə Düyagözəl İlyasova ilə ailə həyatı qurur. Rəssam qrafik əsərlərdən ibarət “Gözəl” portretlər seriyasını xanımına həsr edir. D.Bayramovun portret sahəsində ən dəyərli işi XX əsr Türkmənistan ziyalılarının 150 portretinin daxil olduğu “Mədəniyyət adamları” seriyasıdır. Bu ideya üzərində işi 1970-ci ildən başlayaraq 40 il davam etdirib. Portretlərlə yanaşı, türkmən mədəniyyətinin milli koloritini və gözəl təbiətini özündə birləşdirən natürmortpeyzajlar da yaradıb.

   Rəssam 1968-ci ildə dünyanı səyahətə çıxır. Bu səyahət onda yeni yaradıcılıq ideyaları və yeni üslub formalaşdırır. Yaradıcılıq səyahətlərində Rusiya, Hollandiya, Belçika, Almaniya, Kanada, Hindistan, Yaponiya, Tailand, Türkiyə və s. ölkələrin mədəniyyətlərini əks etdirən bir sıra əsərlər yaradır.

   D.Bayramov foto sənətində də özünü peşəkar kimi göstərib. Yalnız ölümündən sonra Durdu Bayramov Art Fondu Kanadanın Toronto şəhərində “Scotiabank”ın dəstəyi ilə keçirilən “CONTACT Photography” festivalı çərçivəsində “Durdu Bayramovun gözü ilə: türkmən aullarında həyat, 1960-1980-ci illər” fotosərgisini (2015) təşkil edib. Sərgidə həmçinin sənətkarın adını daşıyan fondVaşinqton şəhərindəki Smitsonovski İnstitutunun Asiya mədəniyyəti tarixi kafedrası ilə birlikdə buraxdıqları eyniadlı fotoalbom təqdim edilib.

   Rəssamın xatirələrindən aydın olur ki, o, Titsian, El Qreko, Surbaran, Rembrandt kimi məşhur rəssamların təsiri altında olub. Öz sənətini mükəmməlləşdirmək, görkəmli rəssamların və istedadlı həmkarlarının əsərlərini öyrənmək üçün daim məşhur muzeylərə səyahət edib.

   Araşdırmalarda bildirilir ki, 55 illik yaradıcılıq fəaliyyətində D.Bayramovun rəsmləri müxtəlif ölkələrdə 100-dən çox fərdi və ümumi sərgilərdə nümayiş etdirilib. Rəssam 2012-ci ildə Kanadaya gedib, oradaKanada payızı” adlı rəsmlər seriyasını yaradıb. Fırça ustası 14 fevral 2014-cü ildə, 76 yaşında Aşqabadda vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 16 may.- S.11.