İstedad sorağındamüsabiqəsinin yekun sərgisi

 

 

   Mayın 15-də Xətai Sənət Mərkəzində gənc rəssamlar arasında təsviri sənət üzrəİstedad sorağında-3” yaradıcılıq müsabiqəsinin yekun sərgisi açıldı.

  

   Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyəti, Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Müsabiqəyə dəstək verən informasiya qurumları arasındaMədəniyyətqəzeti var.

   Tədbiri nazirliyin Təsviri dekorativ sənət sektorunun müdiri Qalib Qasımov açaraq layihə haqqında bilgi verdi. Qeyd etdi ki, 16-29 yaş arası gənclərin, həvəskar rəssamların qatıldığı müsabiqədə məqsəd istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsidir. Müsabiqədə 250-yə yaxın müəllif iştirak edib. Sərgidə 60-a yaxın iştirakçının əsərləri nümayiş olunur.

   Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov ölkəmizdə istedadlı gənc nəslin yetişdiyini vurğuladı. O, sərgidəki iştirakçı gənclərin içindən gələcəyin böyük rəssamlarının çıxacağını bildirdi.

   Xətai rayon İH-nin şöbə müdiri Pənah İmanov müsabiqənin əhəmiyyətindən söz açdı, rayonda keçirilən mədəni tədbirlərdən bəhs etdi.

   Sonra qaliblər mükafatlandırıldılar. Aydan Vəliəhd, Nəsrin Şirin, Vüqar Mehdiyev, Aydan Zalova, Fidan Səfərova, Bahar Hüseynova həvəsləndirici, Şahin Quliyev III, Fəridə Həsənli II, Aynur Səmədova I yerlərə layiq görüldülər.

   Bundan başqa, iştirakçılara müxtəlif nominasiyalar üzrə ayrı-ayrı qurumların mükafatları da təqdim edildi.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2018.- 16 may.- S.3.