Beynəlxalq festivaldaDavul səsi”

 

 

 “Sərhədsiz teatr” festivalının üçüncü günü, mayın 14-də ev sahibi - Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı teatrsevərlərə təqdim edib.

  

   Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşada rolları əməkdar artistlər İqrar Salamov, Xanlar Həşimzadə, aktyorlar Lalə Məmməd, Fidan Lətifova, Pərviz İsmayılov, Akif Yusifov, Nərmin Abbasova və başqaları ifa ediblər. Tamaşanın quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Günel Xasməmmədova, rəqslərin quruluşu isə Çingiz Novruzəliyevindir.

   Əsərdə hadisələr Türkiyənin ucqar bir əyalətində baş verir. Ərinin kasıb kənddə bir qız uşağı ilə qoyub getdiyi Pəmbə ümidsizliyin pəncəsində qıvrılır. O, xarici ölkəyə qazanc dalınca getmiş ərinin arxasınca yollanmaq fikrinə düşür. Lakin ərinin uzaqlarda varlı qadınla evləndiyini bildikdə son ümidiniitirir. Pəmbənin ərinə olan kini artıq bütün kişilərə qarşı çevriliro, qızı Zeynəbi heç kimə ərə vermək istəmir...

   Maraqla qarşılanan tamaşanın sonunda kollektivə festival təşkilatçılarının diplomları təqdim olunub.

 

Mədəniyyət.- 2018.- 16 may.- S.8.