Muzeydə ədəbi-bədii kompozisiya təqdim olunub

 

Səməd Vurğunun ev-muzeyində “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim edilib.

   Tədbirdə muzeyin direktoru Nüşabə Vəkilova, ictimai birliyin sədri Aygün Zamanlı və başqaları müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən söhbət açıblar.

   İctimai birliyin üzvləri Azərbaycan və ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər.

 

Mədəniyyət.- 2018.- 16 may.- S.5.