“Tanış olun, dostum Bəkkar” Nağıl-tamaşa uşaqların ifasında

 

 

 

Mayın 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə hazırladıqları “Tanış olun, dostum Bəkkar” adlı nağıl-tamaşa təqdim edilib.

 

 Uşaqların ifasında təqdim edilən nağıl-tamaşada Azərbaycan, Misirdünya xalq nağıl qəhrəmanlarının obrazları nümayiş olunub. Maraqlı süjet xətti üzərində qurulan tamaşa Misir nağıl qəhrəmanı Bəkkar və Azərbaycan milli nağıl qəhrəmanı Cırtdanın görüşü ilə başlayıb. Sonradan Bəkkarın itirdiyi kitabları Cırtdanla birlikdə axtarması və o zaman çərçivəsində hər iki ölkənin nağıl qəhrəmanları ilə dialoqları, eləcə də milli musiqilərlə hazırlanmış xüsusi rəqs kompozisiyaları təqdim edilib. Tamaşanın final səhnəsinin, Misir nağıl qəhrəmanı Bəkkarın itirdiyi kitabları F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “tapması” isə azyaşlı tamaşaçıların alqışına səbəb olub.

 Tamaşadan sonra F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Ş.Qəmbərova tədbir iştirakçılarına öz minnətdarlığını bildiribqeyd edib ki, kitabxana daima uşaqların maariflənməsinə, kitaba və mütaliəyə marağın artırılmasına çalışır:Bugünkü nağıl-tamaşanın da təşkil olunmasında əsas məqsədlərdən birincisi Misir və Azərbaycan nağıl qəhrəmanları ilə azyaşlılarımızı tanış etməkdir”.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri Əhməd Sami Əl-Aydi uşaqları məharətli çıxışa görə təbrik edib, Azərbaycan və Misirin qardaş ölkələr kimi bir-birinə yaxın mədəniyyətə malik olduqlarını vurğulayıb.

 UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvard öz növbəsində tamaşanın maraqlı və möhtəşəm keçdiyini bildirib.

 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti belə tədbirlərin gələcəyimiz olan uşaqların hərtərəfli inkişafı baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

 

Mədəniyyət.- 2018.- 16 may.- S.9.