“Biz kitabla birlikdə yüksəlirik!”

 

Kitabxanada festival təşkil edilib

 

Mayın 11-də paytaxtın Sabunçu rayonunun Mərkəzi kitabxanası “Biz kitabla birlikdə yüksəlirik!” adlı festival təşkil edib.

   Tədbirin açılışında çıxış edən Sabunçu rayon MKS-nin direktoru Nəcibə Hüseynova bildirib ki, sosial layihə bütün yaş həddindən olan uşaqlar arasında mütaliənin populyarlaşdırılmasına istiqamətlənib. “Biz kitabla birlikdə yüksəlirik!” adlı festivalda Mərkəzi kitabxananın kitabxana filiallarının işçiləri, Sabunçu rayonu ərazisində yerləşən 5, 67, 69, 75, 107, 108, 113, 170, 198 309 saylı orta məktəblərin müəllim şagird kollektivi həmçinin valideynlər iştirak ediblər. Məktəb kollektivləri valideynlər uşaqların mənəvi aləminin zənginləşməsində kitabların mühüm rolu haqqında fikirlərini bölüşüblər, belə tədbirlərin mütəmadi təşkil olunmasının zəruriliyini vurğulayıblar.

   Festival çərçivəsində şagirdlərin ifasındaKitabxanadaadlı səhnəcik, rəsm sərgiləri nümayiş olunub, 12 saylı kitabxananın fəal oxucuları Əmin ƏfəndiyevinCırtdanın kitabxanaya səyahətipoemasından parçalar səsləndiriblər. Daha sonra festivalın iştirakçısı olan şagirdlər asfalt üzərində müxtəlif mövzularda rəsmlər çəkiblər.

   Lalə Azəri

 

Mədəniyyət.- 2018.- 16 may.- S.13.