Beynəlxalq muzeylər günü maraqlı tədbirlərlə yadda qalacaq

 

 

  Hər il mayın 18-i dünyada Beynəlxalq muzeylər günü kimi geniş qeyd edilir. Beynəlxalq muzeylər günü bu il "Hiperkommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriyalarmövzusuna həsr olunub. Builki mövzu muzeylərin ənənəvi auditoriyasını genişləndirmək üçün yüksək texnologiyaların rolunu vurğulamaqdır.

   Azərbaycanda da Beynəlxalq muzeylər günü hər il geniş şəkildə qeyd edilir. Bu münasibətlə muzeylərdə silsilə tədbirlər keçirilir, “açıq qapı” günü elan olunur.

   Beynəlxalq muzeylər günü ilə əlaqədar Azərbaycan Xalça Muzeyi "Öz ilməni toxu" adlı interaktiv instalyasiya hazırlayıb. Muzeyin foyesində "Zili" xovsuz xalça növünü toxumaq üçün üç böyük çərçivə-hana quraşdırılıb. Hər bir ziyarətçi zövqünə görə rəng seçərək birya daha çox ip sırası toxuya bilər.

   Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeydə bal” adlı musiqili-əyləncəli proqram olacaq. Tədbirdə Bakı Xoreoqrafiya Akademiyası, paytaxtda fəaliyyət göstərən özəl rəqs məktəblərinin kollektivləri ziyarətçilərə ustad dərsləri keçəcəklər.

   Azərbaycan Milli İncəsənət Muzeyində əlamətdar gün münasibətilə “Underground. Yeni həyat” adlı sərgi açılacaq.

  

   Lalə

 

Mədəniyyət.- 2018.- 16 may.- S.2.