Londonda Cümhuriyyətin 100 illiyinə həsr olunmuş konsert proqramı

 

Konsertdə Ədilə Hüseynzadənin romansları səsləndirilib

Xalq artisti, Dövlət Akademik Opera Balet Teatrının solisti Fidan Hacıyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Londonda konsert proqramı ilə çıxış edib.

Konsertdə F.Hacıyeva Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin romanslarını səsləndirib. Onu pianoda Səidə Tağızadə, violençeldə Aleksey Miltıx müşayiət edib.

Proqram boyunca Ədilə Hüseynzadənin tələbələri - bəstəkar Elnarə Dadaşova Zümrüd Dadaşzadə onun həyat yaradıcılığından bəhs ediblər. Zümrüd Dadaşzadə bildirib ki, Ədilə Hüseynzadənin əsərlərinin Cümhuriyyətin 100 illiyində Böyük Britaniyada səsləndirilməsi Azərbaycanın musiqi həyatında önəmli hadisədir.

Qeyd edək ki, Ə.Hüseynzadə Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır.

 

 

Mədəniyyət.- 2018.- 18 may.- S.2.