Əzim Əzimzadənin xatirəsi anılıb

 

 

   Mayın 17-də Xalq rəssamı Əzim Əzimzadənin ev-muzeyində sənətkarın anadan olmasının 138-ci ildönümü muzeyin yaranmasının 50 illiyi münasibətilə tədbir keçirilib.

   Ev-muzeyin direktoru, tənqidçi-sənətşünas İradə Əzimzadə böyük sənətkarın həyat yaradıcılığı barədə qonaqlara məlumat verib. Bildirib ki, Əzim Əzimzadə 1906-cı ildən etibarən satirik qrafika, illüstrasiya, plakat, teatr dekorasiyası sənəti sahəsində fəaliyyət göstərib. Bakıda nəşr olunan bir çox satirik jurnallar ilə əməkdaşlıq edən rəssam kitablara, o cümlədən 1917-ci ildə M.Ə.Sabirin "Hophopnamə"sinə illüstrasiyalar çəkib. Diqqətə çatdırılıb ki, Ə.Əzimzadə 1922-1931-ci illərdə "Molla Nəsrəddin" jurnalının baş rəssamı olub. Həmçinin gənc karikaturaçılar nəslinin yetişməsinə köməyini əsirgəməyib. Onun məktəbinin davamçıları bu gün xalq rəssamları, əməkdar rəssamlar, görkəmli incəsənət ustalarıdır.

   Sonra qonaqlar "Rəngarəng dərs evi" rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

   Tədbir konsert proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2018.- 18 may.-S.4.