Paytaxt parklarında kitab bayramları

 

 

   Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hüseyn Cavid parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş kitab bayramı təşkil olunub.

   Tədbirdə Yasamal rayon MKS tərəfindən geniş kitab sərgisi, müxtəlif başlıqlar altında stendlər oxuculara təqdim olunub.

   Tədbirin bədii hissəsində Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbinin nağaraçalanlar qrupu çıxış edib, 2 nömrəli Uşaq incəsənət məktəbinin "Aysel" rəqs qrupunun ifasında "Azərbaycan" adlı rəqs kompozisiyası nümayiş olunub.

   * * *

   Paytaxtdakı Nərimanov parkında da kitab bayramı keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Nərimanov rayon MKS tərəfindən təşkil edilən tədbirdə MKS-nin Mərkəzi kitabxana və filiallarının stendləri, "Hədəf" və "Xan" nəşriyyatlarının kitabları nümayiş olunub.

 

Mədəniyyət.- 2018.- 18 may.-S.5.