Cəlil Məmmədquluzadənin ev-muzeyi yenilənir

 

 

   Görkəmli yazıçı, dramaturq, publisist, Şərqdə ilk satirik jurnalın - "Molla Nəsrəddin"in yaradıcısı Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyində yeni ekspozisiyanın yaradılması ilə əlaqədar təmir-bərpa və bədii tərtibat işləri başlayıb.

   Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov burada görülən işlərlə yaxından tanış olubmuzeyin kollektivi ilə görüş keçirib. Qeyd olunub ki, görülən işlərin məqsədi muzeyin fəaliyyətinin müasir prinsiplər əsasında yenidən qurulması və görkəmli ədibin həyatı, yaradıcılığı ilə maraqlananların dolğun məlumatlar əldə etməsi üçün rahat şəraitin yaradılmasıdır. Muzey qısa zamanda yenilənərək ziyarətçilərin üzünə açıq olacaq.

   Görüş zamanı muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Pərixanım Mahmudova 70 illik yubileyi münasibətilə baş idarənin fəxri fərmanı ilə təltif edilib.

 

Mədəniyyət.- 2018.- 18 may.-S.4.